Dondurma, arxiv şəkli

Dondurmanı qədər yeyək?

33
(Yenilənib 20:10 24.01.2019)
Dondurma təbii olmalı və daha az süni əlavələrə malik olmalıdır

BAKI, 25 yanvar — Sputnik. Ekspertlər insanların sağlamlığa zərər vermədən nə qədər dondurma yeyə biləcəyini açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dondurma seçən zaman südlü, az yağlı və kalorili dondurma seçmək lazımdır. Bu zövqü özünüzə həftədə 2-3 dəfə verə bilərsiniz.

Qeyd edək ki, dünən dünyada beynəlxalq eskimo günü qeyd edilib. Belə desertin 1 payı 100 qram olmalıdır. Dietoloqlar kremli dondurmalardan imtina etməyi məsləhət görürlər.

Dondurma təbii olmalı və daha az süni əlavələrə malik olmalıdır. İnqridentlərin sayı nə qədər az olarsa, o qədər yaxşıdır.

Böyük inancın əksinə olaraq dondurma faydalı da ola bilər. Onun tərkibində sümüklərin və dişlərin sağlamlığını dəstəkləyən fosfor və kalsium var. Kalium və maqnezium isə ürək-damar sisteminə təsir edir. Dondurmanın tərkibində mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edən B vitaminlər qrupu da var.

Ancaq bütün faydalı məhsullardan belə çox yeyilən zaman sağlamlıqda problemlər yaranır. Həkimlərin fikrincə, bu soyuq məhsuldan çox yeyən zaman qastritə bənzəyən mədə gərginliyi yarana bilər.

Ancaq ekspertlər bədəni laktoza götürməyən xəstələrə və pankreatit xəstələrinə dondurma yeməyə icazə vermir.

Məhsulların keyfiyyətini ev şəraitində də yoxlamaq lazımdır. Buna görə, dondurmanı soyuducudan çıxarıb 10-15 dəqiqə saxlayın. Əgər məhsul bərabər əriyərsə, deməli keyfiyyətlidir.

33