Mosqortransın yeni avtobusları

Moskvadan Bakıya yeni avtobus reysləri açılır

92
(Yenilənib 17:37 24.01.2019)
Avtobus reysinin konkret işə düşmə vaxtı açıqlanmır

BAKI, 24 yanvar — Sputnik. "Mosqortrans" dövlət unitar müəssisəsi 2019-cu ildə Moskvadan Bakıya avtobus reysi açmaq niyyətindədir. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Avtostansiya sərnişinləri üçün marşrut coğrafiyası daima genişlənir. 2019-cu ildə Bakıya reyslərin işə düşməsi planlaşdırılır" - deyə məlumatda bildirilir.

Azərbaycana avtobus reysinin konkret işə düşmə vaxtı açıqlanmır.

"Mosqortrans" dövlət unitar müəssisəsi mərkəzi Moskvada olan və yerüstü şəhər sərnişin transportu üzrə Avropanın ən böyük operatorudur.

92