Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığını avtodayanacaq və zibilliyə çeviriblər

Şəhər qəbiristanlığında böyük həngamə: Belə getsə, ölülər dilə gələcək

14796
(Yenilənib 17:17 22.01.2019)
Rəhbərlik narazılığı haqlı sayır, amma "gücümüz yetmir" deyir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığının avtodayanacaq və zibilliyə çevrilməsindən narazıdırlar. Sakinlər qəbiristanlığın rayonun əsas ticarət mərkəzi olan "Köhnə bazar"la üzbəüz yerləşdiyinə görə bu vəziyyətə düşdüyünü iddia edirlər.

Bildirirlər ki, bazarda çalışan, eyni zamanda ticarət üçün gələn insanlar avtomobillərini məzarlıq ərazisində saxlayır, çox vaxt artıq əziyyət çəkmək istəməyərək evdən gətirdikləri zibilləri belə, qəbiristanlığın ərazisinə atırlar.

Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığını avtodayanacaq və zibilliyə çeviriblər
© Sputnik / Ilham Mustafa

Nəticədə məzarların üstündə gül çiçəkdən çox zibil tullantıları görünür. Yaxınlarını ziyarət etməyə gələn insanlar da çox vaxt, tullantıları yemək üçün toplaşan sahibsiz itlərin hücumuna məruz qalırlar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan rayon sakini Nailə Rzayeva əraziyə cavabdeh qurumların məsələyə biganə münasibətindən gileylənib: "Qəbiristanlıq müqəddəs yerdir, burada yaxınlarımız dəfn edilib. Amma çoxları bunu başa düşmək istəmir, müqəddəs yeri zibilliyə çevirirlər".

"3 gündür gəlirəm, amma yaxınlarımız dəfn edilən ərazini təmizləyib qurtara bilməmişəm. Neçə dəfə bələdiyyəyə, icra hakimiyyətinə getmişəm, bir ölçü götürülməsini istəmişəm, amma heç bir nəticəsi olmayıb" - N.Rzayeva bildirib.

Digər sakin İbadxan Rzayev isə ölüsünü dəfn etmək üçün gələn insanların dəfələrlə ərazidə saxlanılan avtombil sıxlığından çətinliklə üzləşdiklərini bildirib: "Buranın gözətçisi də var. Qanunla o, nəzarət etməlidir. Amma gözətçinin özü maşınları içəri buraxır. Girənlərin də biri zibil atır, biri məzar daşını aşırır, nəticədə belə bir mənzərə yaranır".

"İkinci qrup əliləm, həftədə bir dəfə gəlib təmizlik etməsəm, zibilin içində məzar daşlarını tapa bilmərik. Dəfələrlə şəhər bələdiyyəsinə müraciət etsəm də, şikayətimə müsbət cavab almamışam" - deyə İ.Rzayev qeyd edib.

  • Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığını avtodayanacaq və zibilliyə çeviriblər

1 / 17

Sözügedən qəbirstanlıq Tovuz Şəhər Bələdiyyəsinin balansındadır. Ərazidə yaranmış problemlə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı həmin bələdiyyə ilə əlaqə saxlayıb. Bələdiyyə sədrini əvəz edən Firdovsi Fəttayev şikayət edən sakinlərin haqlı olduqlarını bildirib.

Onun sözlərinə görə, bələdiyyənin maddi vəsaiti olmadığından əraziyə nəzarətçi təyin edə bilmirlər: "Qəbiristanlıq 16 hektar ərazidə yerləşir. Ona görə ora nəzarət etməkdə çətinliklər yaranır. Buna baxmayaraq, mütəmadi olaraq ərazidə reydlər keçiririk, avtomobil saxlayanları polislərin köməyi ilə ərazidən çıxarırıq".

"2-3 aydan bir əhaliyə müraciət edib ərazidə iməcilik təşkil edirik. Lakin bu, ərazinin təmizliyinin qorunmasında kifayət etmir. Təmizliyin aparılması üçün tək bələdiyyənin gücü yetərli deyil. Əhali əl-ələ verərək bu işdə bələdiyyəyə yaxından kömək etməlidir" - deyə F.Fəttayev vurğulayıb.

14796
Teqlər:
bələdiyyə, avtomobil, zibil, qəbiristanlıq, qəbir, sakin, Tovuz
Əlaqədar
Qəbirstanlıqlarla bağlı yeni qərar verildi
Gürcüstanda azərbaycanlılara məxsus qəbiristanlıqda atışma olub, yaralananlar var
Kütləvi uşaq qəbiristanlığı aşkar edib
Qəbir yerlərinin ölçüləri müəyyənləşdi
Hamı eyniləşəcək: Qəbiristanlılarla bağlı sərəncam veriləcək
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Ölkəmizdə "soyuq zəncir" sistemi yaradılıb

0
(Yenilənib 12:29 16.01.2021)
Teymur Musayev bildirib ki, vaksinasiyaya görə ölkə üzrə bütün infrastruktur hazır vəziyyətdədir

BAKI, 16 yanvar — Sputnik. Vaksinlərin ölkə üzrə saxlama məntəqələri qurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib. O bildirib ki, bu istiqamətdə ölkə üzrə bütün infrastruktur hazır vəziyyətdədir. Bunun üçün bütün bölgələrdə peyvəndlərin saxlanılması üçün soyuq zəncir sistemi yaradılıb. Nazirlik rəsmisinin sözlərinə görə, Şuşada da vaksinlərin saxlanması üçün bu cür məntəqə qurulur”.

0
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Kəlbəcər rayonunun Hacıkənd kəndi - VİDEO

3
(Yenilənib 12:30 16.01.2021)
Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.

BAKI, 16 yanvar - Sputnik. Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən videogörüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.

3
Teqlər:
işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Kəlbəcər