Çay sodası

Dükan-bazarda camaat arasında müəmma dolaşır

13606
(Yenilənib 14:03 23.01.2019)
AQTA: Vətəndaşların istehlak etdikləri çay sodasının tərkibi ilə bağlı hansısa narahatlığı olarsa, bizə məlumat versinlər

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Artıq bir neçə gündür ki, marketlərdə çay sodası yığışdırılıb. Həmsöbət olduğumuz satıcılar çay sodasının idxalçı firma tərəfindən gətirilmədiyini deyirlər. Əlaqə saxladığımız marketlər şəbəkəsinin satıcılarının bir qismi bu vaxtadək onlara "Nant" firması tərəfindən çay sodası gətirildiyini deyiblər.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün adıçəkilən firma ilə əlaqə saxlamağa çalışıb. Lakin təəssüflər olsun ki, "Nant" şirkətindən sualımıza cavab ala bilmədik.

Çay sodasının satışdan yığışdırılması ilə bağlı bir sıra şayiələr yayılıb. Bəziləri bildirirlər ki, adıçəkilən məhsuldan təhlükəli maddə hazırlanması məqsədi ilə istifadə etmək mümkün olduğu üçün satışdan yığışdırılıb.

Maraqlıdır, həqiqətənmi, illərdir açıq satışda olan bu məhsul bizim üçün təhlükə yarada bilər? Buna aydınlıq gətirmək üçün Sputnik Azərbaycan əməkdaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlayıb.

AQTA-dan sözügedən məhsulun təhlükəli olub-olmadığına belə aydınlıq gətirilib: "Çay sodası - natrium-hirdokarbonat kiçik kristallardan ibarət ağ rəngdə, toz halında maddədir. Sənayedə, qida sənayesində, kulinariyada və tibbdə geniş istifadə olunur. Çay sodasından partlayıcı maddələrin hazırlanması praktikasına rast gəlinməyib".

"Vətəndaşların istehlak etdikləri çay sodasının tərkibi ilə bağlı hansısa narahatlığı olarsa, qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət məlumatları ilə birlikdə Agentliyin 1003 "qaynar xətt"inə zəng edib məlumat verə bilərlər" - deyə qurumdan bildirilib.

Qeyd edək ki, AQTA-dan verilən məlumatda, həmçinin çay sodası ilə bağlı onlara hansısa şikayətin daxil olmadığı vurğulanıb.

P.S.

Adıçəkilən firmanın mövqeyini işıqlandırmağa hazırıq.

13606
Teqlər:
qida, şirkət, market, soda, çay
Əlaqədar
İnsan orqanizmi üçün son dərəcə faydalı qidalar - SİYAHI
Azərbaycanda dişi tutan hər şeyi qidaya çevirən adam: Şüşə, şifer, qum...
Ət və ət məhsullarını bu qidalarla yeməyin

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

13
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

13

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

4
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

4