Gürcüstanlı soydaşlarımızın təhsildəki problemlərinə həsr olunan tədbir

Gürcüstandakı soydaşlarımızla bağlı Azərbaycan Prezidentinə müraciət olunub

385
Sənəd baxılması üçün Prezident Administrasiyasına və Təhsil Nazirliyinə göndərilib

BAKI, 23 yanvar — Sputnik. Qafqazşünas Kamran Ramazanlı və əslən Borçalıdan olan bir qrup ziyalı tərəfindən Gürcüstanlı soydaşlarımızın təhsil sahəsindəki problemlərinə həsr olunan tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verr ki, tədbirdə Gürcüstanda nəşr olunan "Maarif" qəzetinin baş redaktoru Ələddin Qarabağlı da iştirak edib.

Son illərdə Gürcüstanda milli məktəblərin sayının azaldığı qeyd olunub. Tədbir içtirakçıları rəsmi statistikalarla mövcud mənzərəni təqdim ediblər.

Qeyd olunub ki, 1989-cu ildə Gürcüstanda milli məktəblərin sayı 183 idisə, 2018-ci ildə bu rəqəm 117 olub. Bundan başqa, milli pedaqoji kadrların sayının azalması problemi də qabardılıb. Bildirilib ki, 1989-cu ildə milli kadrların sayı 6922 nəfər idisə, hazırda 3628 nəfərdir.

Gürcüstanlı soydaşlarımızın təhsildəki problemlərinə həsr olunan tədbir
© Sputnik / Murad Orujov
Gürcüstanlı soydaşlarımızın təhsildəki problemlərinə həsr olunan tədbir

Gürcüstanda yaşayan soydaşlarımızın təhsil probleminin həlli üçün 20 nəfər ziyalının adından Azərbaycan Prezidentinə rəsmi müraciət də ünvanlanıb. Həmin rəsmi müraciət tədbir iştirakçılarına təqdim olunub.

"Bu müraciət ötən ilin oktyabtın 5-də 19682 nömrəli sənəd kimi qeydə alınıb. Sənəd baxılması üçün Prezident Administrasiyasına və Təhsil Nazirliyinə göndərilib. Lakin nazirliyə müraciətimiz nəticəsiz qalıb. Düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən 500 minədək olan bu soydaşlarımıza belə münasibət sərgilənməməlidir" – deyə Kamran Ramazanlı bildirib.

385