Fərdi yaşayış evləri

Fərdi yaşayış evləri ilə bağlı rəsmi açıqlama

192
(Yenilənib 11:50 23.01.2019)
Ötən il Azərbaycanda tikilən evlərin sayı artıb

BAKI, 23 yanvar — Sputnik. 2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilərək istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1313,8 milyon manat olub. Onun 252,3 milyon manatı dövlət, 1061,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikiblər. Onların 23,3 faizi Bakı şəhərində, 19,5 faizi Naxçıvan Muxtar Respublikasında, 4,0 faizi Masallı, 3,9 faizi Sabirabad rayonlarında, 49,3 faizi isə ölkənin digər şəhər və rayonlarında inşa edilib.

192
Teqlər:
vətəndaş, ev, yaşayış
Əlaqədar
Bakıda evin çardağında kişi meyiti aşkarlanıb
Çernobıl Əlilləri Cəmiyyətinin sədri: "30 ildir ev növbəsi gözləyirik"
Mənzil uğrunda müharibə: Evə qapıdan yox, divardan girdilər