1958-ci ildə istehsal olunan SMZ S-3A markalı maşın

Onu görən heyrətini gizlədə bilmir yaxınlaşıb şəkil çəkdirir - 61 yaşlı "yeniyetmə"

9786
(Yenilənib 17:11 17.01.2019)
Zaqatala sakini babasından yadigar qalan retro maşına yeni "nəfəs" verib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Zaqatala sakini Azər İmamova məxsus qeyri-adi retro avtomobili görənlər təəccüblərini gizlədə bilmirlər. 1958-ci ildə istehsal olunan "SMZ S-3A" markalı (el arasında "əlil maşını" kimi tanınırdı - red) maşın, sanki indi zavoddan çıxıb.

1958-ci ildə istehsal olunan SMZ S-3A markalı maşın
© Sputnik / Shahperi Abbasova
1958-ci ildə istehsal olunan "SMZ S-3A" markalı maşın

Avtomobil barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan A.İmamov, sözügedən yadigarın ona babasından qaldığını deyib: "Avtomobilin, demək olar, heç nəyi qalmamışdı. Təkcə "kuzası" vardı. 3 ilə yığdım, bu vəziyyətə gətirdim. Detalları Rusiya, Gürcüstan və başqa ölkələrdən çox çətinliklə əldə etmişəm".

1958-ci ildə istehsal olunan SMZ S-3A markalı maşın
© Sputnik / Shahperi Abbasova
1958-ci ildə istehsal olunan "SMZ S-3A" markalı maşın

Sözügedən avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb.

"Maşında yeniliklər etməyi düşünmürəm. Ona görə ancaq özünə məxsus detalları yığmışam. Başqa maşınların hissələrindən istifadə etməmişəm. Çalışmışam ki, onun orijinallığını saxlayım" - deyir müsahibimiz.

1958-ci ildə istehsal olunan SMZ S-3A markalı maşın
© Sputnik / Shahperi Abbasova
1958-ci ildə istehsal olunan "SMZ S-3A" markalı maşın

Avtomobil sahibinin sözlərinə görə, avtomobili almaq üçün 15-16 min manat təklif ediblər, lakin o, satmaq istəməyib: "Maşını görən hər kəs maraqla baxır, şəkil, selfi çəkdirir. Toy edən cütlüklər də gəlin maşını və fotosessiya üçün müraciət edirlər".

1958-ci ildə istehsal olunan SMZ S-3A markalı maşın
© Sputnik / Shahperi Abbasova
1958-ci ildə istehsal olunan "SMZ S-3A" markalı maşın

Qeyd edək ki, bu tipli avtomobillər 1958-ci ildən 1970-ci ilədək istehsal edilib. Həmin avtomobillər II Dünya Müharibəsi əlilləri üçün nəzərdə tutulub.

9786
Teqlər:
maşın, əlil, avtomobil, sakin, Zaqatala
Əlaqədar
Uçan avtomobil böyük maraqla qarşılanıb
Köhnə avtomobillərin istifadəsi qadağan olunacaq, amma necə...
Sovet dövrünün əfsanəsi Azərbaycanda: Sahibi bir milyon manata satır
Gömrükdə şübhəli avtomobil saxlanılıb

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

4
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

4
“Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova, arxiv şəkli

“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış zərfin içində...

48
Səmra Hüseynova onun şəxsi həyatı ilə maraqlanan, hətta canlı tanış olmaq istəyən izləyicilərinə cavab verib

BAKI, 3 avqust — Sputnik. “Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova sosial şəbəkə istifadəçilərini onların suallarına verdiyi cavablarla şok edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səmra onunla necə tanış olmağın asan yolunu da deyib.

Model Instagram-dakı izləyicilərinin suallarına cavab vermək qərarına gəlib. Sualların çoxu isə onun şəxsi həyatına aid olub. Bir çoxları onunla tanış olmaq arzularını dilə gətiriblər, Səmra isə deyib ki, bunun üçün içində pul olan zərf və yaxud da brilyant hədiyyə eləmək yetər.

Qiz deyib ki, dörd aydır ki, karantin ucbatından pul qazana bilmir.

Səmra Hüseynova on ilə yaxındır ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Uzun müddət xaricdə işləyib.

2019-cu ildə “Miss Azərbaycan” titulunu qazanıb. Hüseynova azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilir.

48
Əlaqədar
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Rusiyalı müğənni: Bakını göz yaşları içində tərk elədim və bir daha oraya qayıtmadım