Qaz plitəsi, arxiv şəkli

Bakının böyük bir hissəsində qaz olmayacaq

134
(Yenilənib 20:11 22.01.2019)
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək

BAKI, 22 yanvar — Sputnik. Sabah Bakının Nizami, Suraxanı və Səbail rayonlarının təbii qazla təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 23 yanvar 2019-cu il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Buna səbəb istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xəttinin ləğvi, yeni çəkilmiş diametri 108 mm-lik qaz xəttnin müvcud şəbəkəyə qoşulması, Suraxanı rayonu ərazisində qaz tənzimləyicinin quraşdırılması, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş qaz xətti ilə əvəz edilməsidir.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

134