Bankomat

Bank kartlarından pullar necə oğurlanır - Müdhiş fırıldağın izi ilə

9722
(Yenilənib 15:08 22.01.2019)
Banklar informasiya və maliyyə təhlükəsizliyi sahəsində olan çoxsaylı çatışmazlıqları gizlətsə də, internet üzərindən vətəndaşların bank kartlarındakı pullarının oğurlanması hər şeyi deyir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan bankları informasiya və maliyyə təhlükəsizliyi sahəsində olan çoxsaylı çatışmazlıqlarını nə qədər gizlətsə də, vətəndaşların internet üzərindən bank kartlarındakı pullarının oğurlanması barədə şikayətləri bu problemin mövcudluğuna dəlalət edir.

Bu barədə Sputnik Azərbaycan-a "Axoft" şirkətinin Azərbaycan nümayəndəliyinin IT təhlükəsizlik üzrə direktoru Aleksandr Tvaradze ölkəmizin vətəndaşlarının pul vəsaitlərinin oğurlanması və kiberhücumlar barədə artan məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, kiberhücumlar yolu ilə oğurluqların miqdarı artacaq.

Tvaradzenin sözlərini cinayətlərin statistikası da təsdiq edir. Xəzər rayonu 1-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr-noyabr aylarında Səfa İsgəndərov, Sultan Əliyev və Sevinc Əliyevanın hesablarından pul oğurlamış Səddam Nəzərlini saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Saxlanılan şəxs DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bu qurumda müvafiq oğurluq faktlarına dair cinayət işi açılıb. Məlumdur ki, paytaxtın Nəsimi rayonunda 38 yaşlı Emil Məcidov kibercinayətkarlığın qurbanı olub. Zərərçəkmiş 19-cu polis bölməsinə müraciət edərək bildirib ki, telefonuna kartından 202 manat çıxılması barədə məlumat gəlib.

Yanvarın əvvəlində Rəhimə Dadaşovanın hesabından 5405 manat yoxa çıxıb. Bununla bağlı Yasamal rayonu 28-ci polis bölməsinin əməkdaşları istintaq tədbirlərinə başlayıblar və tezliklə oğurluqda şübhəli bilinən Kürdəmir sakini Ramil Rüstəmov saxlanılıb.

Məlum olub ki, Rüstəmov Dadaşovanın kredit kartının məlumatlarının surətini çıxararaq pulları oğurlayıb. Kartların müəyyən məlumatlarını biləndə onlardan internet şəbəkəsində istifadə etmək və ya kartın dublikatını çıxarmaq olar. Bütün dünyada fırıldaqçılar bu işlə məşğuldurlar. Ona görə də banklar tərəfindən şübhəli əməliyyatların monitorinqi çox vacibdir.

Nərimanov rayonunda pul oğurluğu ilə 59 yaşlı Həbibə Dadaşova rastlaşıb. Onun kartından naməlum şəraitdə 444 manat çıxarılıb. Nəsimi rayonunda Adilə Cavadovanın kartından 260 manat oğurlanıb. 25 yaşlı Bakı sakini Rövşən Nadirovun kartından 394 manat çıxarılıb. Bütün bu cinayətlər son günlər baş verib. Zərərçəkmişlər ölkənin aparıcı banklarının müştəriləridir.

"Diqqət yetirin, polisə şikayətlə yalnız vətəndaşlar müraciət edir. Bank üçün vətəndaşa dəyən zərəri ödəyərək işi bağlamaq daha asandır. Banklar təşkilatın imici barədə daha çox düşünərək yalnız iri və səs-küylü oğurluqlar zamanı şikayətçi qismində çıxış ediblər. Onlar çatışmazlıqlar barədə heç kimin bilməməsi üçün susmağa üstünlük verirlər. Ən yaxşı halda oğru saxlanılacaq. Lakin bank tərəfindən müdafiə sisteminin gücləndirilməsinə yönəlik sonrakı addımlar olmayacaq" - ekspert deyib.

"Çünki təhlükəsizlik sistemindəki nöqsanı düzəltmək üçün sistemə, onun seçilməsi və tətbiq olunmasına görə cavabdeh olan bütün insanlar çağırılacaq, onlar da öz növbəsində sistemin istehsalçısına təzyiq göstərməlidirlər. Bu, kimin nəyinə lazımdır? Heç kimin. Çünki bu problemi həll etməkdən ötrü böyük xərclər lazımdır, bütün banklar isə qənaət etməyə çalışır" - Tvaradze əlavə edib.

Onun sözlərinə görə, bank sektoru üçün IT və maliyyə təhlükəsizliyi sahələrində vəziyyətin gündəlik monitorinqi xidmətinin mövcudluğu artıq çoxdandır ki, standart xarakteri daşıyır: "Lakin Azərbaycan banklarında onlayn monitorinq mövcud deyil. Security Operation Center (SOC) zəruridir. O, ya bankın özündə olmalı, ya da 24 saat monitorinq üzrə xidmət göstərən hansısa əcnəbi şirkətlə razılaşma olmalıdır".

Müsahibimiz bildirib ki, bir sıra Azərbaycan bankları bu barədə Ukrayna və Belarus bankları ilə müqavilə imzalayıb: "Lakin problem ondadır ki, bu razılaşmalar qənaət səbəbindən çox məhduddur, ona görə də bu əcnəbi monitorinq mərkəzləri yalnız internet və bankın şəbəkəsi arasında anomal şəbəkə aktivliyi ortaya çıxara bilər. Bank şəbəkəsinin daxilindəki, bank sistemlərindəki aktivliklərlə müqayisə, tutuşdurma yoxdur".

"Tutaq ki, bankların çoxunun maliyyə əməliyyatı keçirmədiyi şənbə günü təhlükəli şəbəkə aktivliyi qeydə alınıb. Əməkdaşların çağırılması reaksiya baxımından vaxtın itirilməsidir. 24 saatlıq monitorinq mərkəzi olduqda həmin mərkəz insidentə dərhal reaksiya verir. Problem ondadır ki, öz onlayn monitorinqini qurmaq üçün çox yaxşı kadrlar, təcrübəli analitiklər lazımdır. Yalnız indi bizim banklar başa düşməyə başlayır ki, heç kim onların "kirli geyimində" eşələnmək istəmir. İxtisaslaşmış şirkəti öz məlumatlar bazana buraxmaq sabah baza barədə hər kəsin xəbər tutacağı anlamına gəlmir" - mütəxəssis qeyd edib.

Tvaradzenin sözlərinə görə, onlayn maliyyə monitorinqi kartdakı və hesabdakı hərəkətləri izləyir: "Kimsə "28 Mall"-dakı bankomatdan pul çıxarır, 5 dəqiqədən sonra isə bu məlumatlar İspaniyadakı bankomatda qeydə alınırsa, bunun qarşısını almaq lazımdır. Çünki kimsə kart məlumatlarınızın surətini çıxarıb və oğurluq məlumatlardan istifadə edir. Onlayn monitorinq xidmətinin sayəsində bank təhqiqat üzrə baş ağrısından qurtulacaq, müştəri pulları xilas edildiyinə görə sevinəcək və banka hörməti artacaq".

Məsələn, dörd il əvvəl Gürcüstanda da eyni vəziyyət idi - banklar əcnəbi monitorinq mərkəzlərinə etibar etmirdi. Lakin sonra hər şey dəyişdi, banklar məqsədəyönlü şəkildə monitorinq mərkəzlərini axtarmağa və onlardan yalnız bank perimetrini yox, həm də maliyyə əməliyyatlarını monitorinq etməyi xahiş etməyə başladı. Çünki fırıldaq əməliyyatlarından, bank sistemlərinin soyulmasından baş çıxaran çoxlu sayda peşəkarları bankda toplamaq böyük xərclərə başa gəlir.

Təəssüf ki, Azərbaycanda belə mərkəzlər yoxdur. Ən azından, iki 24 saatlıq monitorinq xidməti olmalıdır - maliyyə (hesablar və kartlarda əməliyyatlar) və IT təhlükəsizliyi üzrə. Banklarda bir nəfərin oturub kameralara baxdığı otaq var. O, orada nə görəcək? Heç nə. Çünki son 10 ildə Azərbaycanda hay-küylü bank soyğunları olmayıb.

Bank soyğununu təşkil etmək üçün çoxlu sayda əməliyyat, vəsait və vaxt lazımdır. Bankdan pul oğurlamaq üçün isə çox şey lazım deyil. Yalnız kompüter və divan. Soyğunçu bankdan uzaqda təhlükəsiz yerdə əyləşib pulları oğurlamaq istəyir.

Bu amil kibercinayətkarlığı cazibədar edir. Ona görə də hüquq-mühafizə orqanları əsas diqqəti kibercinayətkarlığa qarşı yönəltməlidir, bu sahədə öz kadrlarını inkişaf etdirməlidir. Azərbaycanda isə bu sahədə hər şey ibtidai səviyyədədir və heç bir inkişaf müşahidə olunmur. Milli monitorinq sistemləri, kadrlar, dövlət və özəl sektorların təhlükəsizlik xidmətləri arasında qarşılıqlı əlaqə lazımdır.

Təsəvvür edin ki, hətta inkişaf etmiş ölkələrdə belə, müdafiə sistemləri cinayətkarlığın artımının qarşısını tam ala bilmir. Belə olan halda Azərbaycan barədə nə demək olar? Düzgün IT təhlükəsizliyi yalnız təhlükəsizlik vasitələrinin alınması deyil, həm də heyətin treninqi, moitorinq xidmətlərinin mövcudluğu, müştərilərlə iş və sairdir. Təəssüf ki, çoxları təhlükəsizliyə görə pul ödəməməyin cəzasının ağır olduğunu unudur.

Sputnik Azərbaycan mövzunu davam etdirəcək.

9722
Teqlər:
Azərbaycan, vəsait, şirkət, ekspert, pul, təhlükəsizlik, bankomat, kart, Bank
Əlaqədar
Ləğv edilən bankların əmlakı satılıb
Beynəlxalq Bankın daha bir ölkədəki filialı ləğv olunub
Mərkəzi Bankdan çoxlarının gözlədiyi açıqlama
Bank kartını oğurlayıb 5 min manat pulunu apardılar
Məmur tibbi əlçəklə, arxiv şəkli

Qaydalara əməl etməyən sahibkarlar sahibkarlıq subyektlərinin adları açıqlandı

10
Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentlikdən aparılan reydlərlə bağlı Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus" restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər" evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü" restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir" restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland" kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku" kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1" restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş" kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər" kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks" kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

10
Teqlər:
Nəsimi rayonu, Bakı şəhəri, sahibkarlıq subyektləri
Bayılda sürüşmə zonası

Təbiətlə məmurlar sanki Bayıl sakinlərinin qəsdinə durublar - FOTOLAR

53
(Yenilənib 22:32 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

53
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0