Telefonla danışan qadın

Xüsusi "qaynar xətt" yaradılması təklif olunur: Dərdinizi ona danışın

53397
(Yenilənib 17:14 13.01.2019)
"Bu addımın atılması həm də 102 xidmətinin yükünü azaltmış olar"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 22 yanvar — Sputnik. Bir çox ölkələrdə qadın zorakılığı ilə bağlı problemlərin zamanında aşkarlanması üçün "qaynar xətt"lər fəaliyyət göstərir. Ailə və qadın problemləri üzrə fəaliyyət göstərən QHT-lər, həmçinin bir sıra ekspertlər belə bir xəttin Azərbaycanda da yaradılmasının vacib olduğunu bildirirlər. 

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında belə bir xəttin yaradılmasının zəruri olduğunu deyib: "Belə nömrələri yalnız dövlət qurumları ala bilər. Çünki "qaynar xətt" 3 rəqəmdən ibarət olur".

"Lakin hansısa bir quruma "qaynar xətt" verilməsi o demək deyil ki, bütün məsuliyyəti onlar daşıyacaq. Həmin qurum problemin həlli üçün şikayəti istiqamətləndirəcək" - deyə Zeynalova bildirib.

Onun sözlərinə görə, bir sıra problemlərin zamanında aradan qaldırılması üçün belə bir xəttin yaradılması vacibdir: "Düşünürəm ki, problemin dərhal müəyyən edilməsi üçün bu "qaynar xətt"ə peşəkar işçiləri cəlb etmək lazımdır. Bu gün ən effektiv fəaliyyət göstərən "qaynar xətt"lərdən biri 102-dir. Bura daxil olan şikayətlərə dərhal reaksiya verilir, müəyyən yardım göstərilir".

"Lakin bu gün vətəndaşlar bir çox problemlərə görə 102-yə zəng edirlər. Bu səbəbdən, düşünürəm ki, həmin problemləri dinləyəcək "qaynar xətt"in yaradılması həm də 102 xidmətinin yükünü azaltmış olar" – QHT sədri əlavə edib.

M.Zeynalova onu da diqqətə çatdırıb ki, hazırda öncəki illərlə müqayisədə qadınların problemlərini danışmaqla bağlı stereotipləri yoxdur.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvi Tahir Kərimli isə Sputnik Azərbaycan-a açıqlamasında bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac olmadığını deyib: "Düşünürəm ki, bu məsələnin Milli Məclisin gündəliyinə salınmasına ehtiyac yoxdur. Müxtəlif qadın təşkilatları, agentliklər "qaynar xətt" yarada bilərlər".

"Lakin belə bir addımın atılması Milli Məclis tərəfindən alqışlanandır" – deyə millət vəkili vurğulayıb.

53397
Teqlər:
Milli Məclis, Sputnik Azərbaycan, problem, Mehriban Zeynalova, "qaynar xətt", qadın
Əlaqədar
Azərbaycanlı qadını türk sevgilisi qətlə yetirib
Onlarla cinayətkar qrupa başçılıq edən qadın narkobaron tutulub
Səudiyyə qadınları üçün bir ilk yaşanır
Ömrünü Qocalar evində başa vuran qadın: “Ərim öləndən sonra ailə qurmadım…”
Həm kişiyə, həm qadına əhəmiyyətli "təmizlənmə"
Komada olan qadın dünyaya uşaq gətirdi