Artıq çəkili insanlar

Qarınlarına qul olanlar - Həkim yardımına ehtiyacları var

122
(Yenilənib 17:09 19.01.2019)
Çox yeyən şəxslərin həm psixoloq, həm də güclü həkim yardımına, məsləhətinə ehtiyacları var

BAKI, 19 yanvar — Sputnik. Türkiyəli həkimlərin sözlərinə görə, çox yeyən, hətta gecələri də yemək üçün oynanan şəxslər həkimə müraciət etməlidirlər.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssislər bu fikri həmin şəxslərin həddən artıq qidalanmayacağı bağlı dəfələrlə verdiyi vədə əməl etməməsi ilə izah ediblər.

Hər süfrəyə yaraşıq qatacaq yemək – Nar qovurması
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

"Bu şəxslərin həm psixoloq, həm də güclü həkim yardımına, məsləhətinə ehtiyacları var" - deyə alimlər bildirib.

Mütəxəssislərin davamlı olaraq yeyən şəxslərlə bağlı apardıqları araşdırmaların nəticələri də maraq doğurub. Təkcə Amerikada aparılan araşdırma zamanı bəlli olub ki, davamlı olaraq yeyənlərin 60 faizini qadınlar təşkil edib.

"Onlar qısa müddətdə qədərindən artıq yeyir və tez-tez acırlar. Nəticədə isə bu cür şəxslərdə artıq çəki, şəkər xəstəliyi kimi bir sıra xəstəliklər yaranır" - deyə araşdırma aparan həkimlər bildirib.

Alimlər apardıqları araşdırmanın nəticəsinə uyğun qeyd ediblər ki, gecələr də yeyən şəxslər gün ərzində özlərini daha yorğun və gərgin hiss edirlər.

122