CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Talassemiya xəstəsi və polis arasında münaqişə: Femidanın özü bunu həll etməkdə acizdir

Abunə olmaq
Məhkəmə talassemiya xəstəsinin xeyrinə qərar çıxarsa da, polis o qərara əhəmiyyət vermədən qadının əşyalarını mənzilindən bayıra töküb, satışda olmayan dərmanlarını isə qaytarmaqdan imtina edir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Talassemiyanın ağır formasından əziyyət çəkən, qalmaqalları ilə məşhur olan Birlik-İnşaat (onun haqqında sonra bəhs edəcəyik) tikinti şirkətinin rəhbərinin böyük bir fırıldaqçılığının qurbanı olan və mənzili qanunsuz olaraq zəbt edilmiş Əfsanə Qarakişiyeva artıq yarım ildir ki, öz dərman preparatlarını Xətai rayonundakı yeni yaşayış binasının zirzəmisindən götürə bilmir. Bu barədə Sputnik Azərbaycan-a Əfsanə Qarakişiyeva özü məlumat verib.

Sözügedən dərmanlar bir neçə ay öncə Qarakishiyevaya Talassemiya Mərkəzinə dəstək verən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tapşırığı əsasında verilib. Qarakişiyevanın sözlərinə görə, bu dərmanlar azad satışda yoxdur və indi ona hava, su kimi lazımdır.

© Sputnik / Ramella IbrahimkhalilovaƏfsanə Qarakişiyevanın mənzili olan bina
Talassemiya xəstəsi və polis arasında münaqişə: Femidanın özü bunu həll etməkdə acizdir - Sputnik Azərbaycan
Əfsanə Qarakişiyevanın mənzili olan bina

Məhkəmənin Qarakişiyevanın xeyrinə qərar çıxarmasına baxmayaraq, bu, onun əmlak hüquqlarının bərpasına kömək etməyib. Çünki o, ərazi üzrə Xətai rayon Polis İdarəsinə dəfələrlə yardım üçün müraciət etsə də, bunun bir faydası olmayıb.

"2006-cı ildə qohumlarım və xeyirxah insanlar öz qüvvələrini birləşdirərək mənə Birlik-İnşaat tərəfindən Həzi Aslanov metrostansiyası yaxınlığında tikilmiş binadan 87 kvadratmetrlik mənzil aldılar. Mən yoxsul, Balakən rayonunda yaşayan ailənin üzvüyəm. Bakıda mənzilimin olması isə zəruri idi, çünki vəziyyətim sürətlə pisləşirdi və mən daim həkim nəzarəti altında olmalı idim. Mənə tez-tez qan köçürürdülər və Bakıda qalmağa yerim yox idi" - deyə Qarakişiyeva bildirib.

Tezliklə məlum olub ki, Qarakişiyevanın aldığı mənzil şirkətin rəhbərliyi tərəfindən bir neçə nəfərə satılıb. Qarakişiyevanın dayısı əmlak hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib. Yalnız o vaxt məlum olub ki, şirkətin rəhbəri Elman Tağıyev külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Bu cinayət işi xeyli səs-küyə səbəb olmuşdu. Belə ki, 2012-ci ildə "Birlik-İnşaat" MMC-nin və bir sıra digər tikinti şirlətlərinin vəzifəli şəxsləri barəsində cinayət işi qaldırılıb. Birlik-İnşaatın təsisçisi və rəhbəri olan Elman Tağıyev Xətai rayonu, Rahib Məmmədov küçəsindəki iki bloklu 14 mərtəbəli binadan mənzil alan şəxsləri aldatmışdı.

Вертолеты ведут дезактивацию зданий Чернобыльской атомной электростанции после аварии - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çernobıl Əlilləri Cəmiyyətinin sədri: "30 ildir ev növbəsi gözləyirik"

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Birlik-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. O dövrdə tikinti şirkətlərinin aldatdığı vətəndaşların sayı rəsmi olaraq 6 min nəfərə çatırdı. İstintaq orqanları fırıldaqçılıqla məşğul olan şirkətlərinin siyahısını müəyyənləşdirmişdi: GEN MMC, Mur-Ay, Birlik-İnşaat, Elçin Əziz, ООО Şərur, Kamran B.Ə., Safari-N, Şaiq, İN Eksklyuziv Servis, Orxan və başqaları.

Müəyyən edilmişdi ki, cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçayeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar.

© Sputnik / Ramella IbrahimkhalilovaƏfsanə Qarakişiyevanın mənzilinin qapısı
Talassemiya xəstəsi və polis arasında münaqişə: Femidanın özü bunu həll etməkdə acizdir - Sputnik Azərbaycan
Əfsanə Qarakişiyevanın mənzilinin qapısı

Bundan başqa, "Birlik-İnşaat" MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Elman Tağıyev 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.

İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən "Birlik-İnşaat" MMC və "Həyan-E" MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa, digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.

Qəbələdə ərəb turistlərin yaşadığı evdə yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Ağsuda 5 otaqlı ev külə döndü

İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş Elman Tağıyev və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmovov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib.

Bununla əlaqədar olaraq 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Elman Tağıyev və onun ortaqlarına 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Lakin Tağıyev indiyə qədər xaricdə gizlənir və onunla bağlı məhkəmə qərarı icra olunmamış qalır. 2017-ci ilin sentyabrında Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov 11 milyon dolların bir insanın 15 il həbsxanada yatması üçün nəzərəçarpacaq məbləğ olmadığını əsas gətirərək Tağıyevin həbs müddətini 6 ilədək endirib.

Bununla yanaşı, Qarakişiyeva xəstə olmasına baxmayaraq, öz iradəsini toplayıb ədalət axtarmaq məqsədilə məhkəmə orqanlarının qapısını döyüb. O, Ali Məhkəməyə qədər bütün məhkəmə orqanlarında işi udub. Məhkəmənin sonuncu hökmü 2014-cü ildə olub. Məhkəmə Qarakişiyevanı mənzilin sahibi elan edib. Çünki həmin mənzili ilk dəfə o əldə edibmiş. Qarakişiyevanın mənzilini alan digər şəxsin isə Bakı metropoliteninin polis şöbəsinin əməkdaşı Ramin İsmayılov olduğu məlum olub. Onu məhkəmədə əmisi - keçmiş yanğınsöndürən Rafiq İsmayılov təmsil edib. Baxmayaraq ki, Qarakişiyeva məhkəmə tərəfindən mənzilin qanuni sahibi elan edilib, polis bu mənzilə köçüb və ailəsi ilə birlikdə 2016-cı ilin aprel ayına qədər orada yaşayıb. Məhkəmə icracıçı Ramin İsmayılovu mənzildən çıxarıb və Qarakişiyevanı orada məskunlaşdırıb. Onda qadın artıq ailə qurub və vəziyyəti nisbətən düzəlib.

"Ramin İsmayılov tərəfindən mənim ünvanıma təhqirlər yağdırıldı və o, bu yolla mənə təzyiq göstərməyə cəhd etdi. Məhkəmə qərarının icrasından bir neçə gün sonra 10 nəfər mənzilimin qapısını qıraraq içəri daxil oldu. Amma onlar bununla heç nəyə nail ola bilmədilər. Dedim ki, mən mənzilin qanuni sahibiyəm. Əgər kimsə hesab edirsə ki, bu belə deyil, qoy sənədlərini, eləcə də icra sənədlərini göstərsin. Bundan sonra mən orada il yarım yaşadım" - deyə şikayətçi bildirib.

Amma günlərin bir günü Qarakişiyeva müalicə almaq üçün Gürcüstana getməli olub. Qızın sözlərinə görə, həmin vaxt İsmayılov binanın komendantı Hüseyn Əsgərovla əlbir olub ev sahibinin evdə olmamasından istifadə edərək mənzilə soxulub. Komendant bunun üçün bütün lazımi şəraiti yaradıb.

 архива - Sputnik Azərbaycan
HADİSƏ
Ev sahibi soyğunçuları iş başında yaxalayıb

"Mənim bütün əşyalarımı, uşağın paltarlarını və mebelimi zirzəmiyə yığıblar. Əşyalar arasında mənə Leyla Əliyeva tərəfindən beş ay əvvəl verilmiş dərmanlarım da var idi. Qayıdanda gördüm ki, mənzilin qapısının qıfılı dəyişdirilib və ora siqnalizasiya quraşdırılıb. Daxili İşlər Nazirliyinə müraciətimizdən sonra siqnalizasiya yığışdırıldı, lakin biz öz mənzilimizə daxil ola bilmirik. Mənim qapını qırmaq niyyətim yoxdur, çünki sabah məni cinayətdə ittiham edə bilərlər. Onlar evimin əşyalarını necə çıxarıblarsa, eləcə də qaytarıb yerinə yığsınlar" - deyə Qarakişiyeva bildirib.

Bir ay əvvəl Qarakişiyeva Leyla Əliyeva ilə görüşüb və ona mənzillə bağlı problemini danışıb. Leyla Əliyeva bununla bağlı əməkdaşına tapşırıq verib və indi zərərçəkmiş problemin yoluna qoyulmasını gözləyir. Qarakişiyeva həmçinin Xətai rayon Polis İdarəsinə də şikayət edib. Bununla əlaqədar olaraq, Ramin İsmayılovu idarəyə çağırıblar və onu polisin adına ləkə gətirdiyi üçün işdən qovmağa cəhd ediblər. Lakin Qarakişiyeva polis rəisindən xahiş edib ki, İsmayılovu işdən qovmasın, ona yalnız mənzili lazımdır.

Qeyd edək ki, Qarakişiyeva dəfələrlə Xətai RPİ-nin rəisi Muradəli Babayevin qəbulunda olub. Polis rəisi qızın problemini həll edəcəyinə söz versə də, aylar keçir, Qarakişiyeva isə hələ də öz mənzilinə köçə və əşyalarını geri qaytara bilmir.

© Sputnik / Ramella IbrahimkhalilovaƏfsanə Qarakişiyeva mənzilinin qapısı qarşısında
Talassemiya xəstəsi və polis arasında münaqişə: Femidanın özü bunu həll etməkdə acizdir - Sputnik Azərbaycan
Əfsanə Qarakişiyeva mənzilinin qapısı qarşısında

Hazırda Xətai RPİ-də Ramin İsmayılovla bağlı cinayət işi açılıb. Lakin Qarakişiyeva deyir ki, polis onu cinayət məsuliyyətinə cəlb etməyə tələsmir. Qarakişiyeva qərara alıb ki, Leyla Əliyeva ilə növbəti görüşündə bu barədə mütləq ona məlumat versin.

Sputnik Azərbaycan obyektivlik naminə polis işçisi Ramin İsmayılovla da əlaqə yaradıb. Ramin İsmayılov bildirib ki, 2016-cı ildə mübahisəli mənzildən çıxıb və onu Qarakişiyevaya təhvil verib. And içir ki, o vaxtdan bir dəfə də olsun həmin evə getməyib və mənzilə daxil olmayıb.

"Mən polis əməkdaşıyam və həmişə ifadələrimə fikir verirəm. Mən onu hədələməmişəm, halbuki o, məndən çox yerə şikayət edib, polisə şikayət edib. Nəticədə rəhbərlik məni cəzalandırıb. Mən o evdən çıxmışam və bilmirəm hazırda orada kim yaşayır. O, iddia edir ki, mən və mənim adamlarım qapını qırararaq evə girmişik və orada siqnalizasiya quraşdırmışıq. Mən dəli olmuşam, belə hərəkət eləyim?! Mənim orada heç nəyim yoxdur, qoy polis özü məsələni ayırd eləsin" - deyə İsmayılov bildirib.

Polis qeyd edib ki, evin blokunda videokamera quraşdırılıb: "Əgər o, iddia edirsə ki, mən qapını qırmışam, onda qoy videoyazıya baxsınlar. Mən heç bilmirəm ki, kim onun evinə nə vaxt girib".

Evin komendantı Hüseyn Əsgərov da Sputnik Azərbaycan-a öz növbəsində deyib ki, hazırda o, sözügedən binanın komendantı deyil. Əsgərovun dediyinə görə, onun üçün mənzilin kimin olmasının fərqi yoxdur, istər Qarakişiyevanın olsun, istərsə də İsmayılovun, onların hər ikisi mənzilin pulunu ödəyiblər.

Qarakişiyevanın Əsgərovun polis əməkdaşı ilə cinayət əlaqəsinə girdiyi barədə iddiasına gəlincə, keçmiş komendant bunu yalan adlandırıb: "Mən Əfsanə Qarakişiyevanın əşyalarını ümumiyyətlə görməmişəm və heç kəs məni hansısa əlaqədə ittiham edə bilməz. Həmin vaxt mən ümumiyyətlə orada olmamışam".

"Mən heç vaxt belə məsələlərə qarışa bilməzdim, bu, mümkün deyil. Sözügedən binada hələ də bir neçə şəxsə satılmış mənzillərlə bağlı məhkəmə çəkişmələri davam edir. Bu problemlər indiyədək həllini tapmayıb. Ona görə də ümumiyyətlə o yeni tikilidə yaşayan şəxslərin hamısı mənzillərin qanunsuz sahibləri sayılır. Çünki bina ekspertiza rəyi almayıb. Mən özüm də zərərçəkmişəm. O binadan ev almışam, amma sən demə onun başqa sahibi var. 48 min manat pul vermişəm, amma indi kirayə mənzildə yaşayıram" - Əsgərov deyib.

Əsgərov bildirib ki, hazırda Elman Tağıyev fırıldaqçılıq yolu ilə vətəndaşlara vurduğu zərəri kompensasiya etməyə və özünün həbs müddətini azaltmağa çalışır.

Əgər İsmayılov dediyi kimi 2016-cı ildə Qarakişiyevanın mənzilini tərk edibsə, onda ortaya bu suallar çıxır: "Bəs talassemiya xəstəsinin mənzilini kim mənimsəyib? Qarakişiyeva niyə öz mənzilinə daxil ola bilmir? Niyə polis bu məsələni ayırd etməyə can atmır və həqiqəti üzə çıxarmır? Bu qaranlıq məsələni araşdırmamaqda maraqları nədir?"

Bu məsələləri araşdırmaq üşün Sputnik Azərbaycan-ın əməkdaşı Qarakişiyeva və onun qohumları ilə birlikdə problemli evdə olublar və "Xətai-10" mənzil mülkiyyətçiləri birliyinin sədri Fəridə Aslanova ilə görüşüblər. Aslanovanın dediyinə görə, hazırda Qarakişiyevanın şikayət etdiyi problemin həlli ilə Heydər Əliyev Fondu məşğul olur. Aslanova bildirib ki, hazırda Qarakişiyevanın mənzilində faktiki olaraq Rafiq İsmayılov (polis Ramin İsmayılovun onu məhkəmədə təmsil edən əmisi) yaşayır, baxmayaraq ki, Ramin İsmayılov bu barədə heç nə bilmədiyinə and içmişdi.

Ötən ilin yayında burada işə başlayan Aslanova qeyd edib ki, Ramin İsmayılovu evin ərazisində bir dəfə də olsun görməyib və onu üzdən tanımır. Qadının sözlərinə görə, keçmiş komendant Əsgərovu fırıldaqçı əməllərinə görə işdən qovublar. "Bəs Qarakişiyeva zirzəmidən öz dərmanlarını götürə bilərmi?" sualına cavabında isə Aslanova deyib ki, Rafiq İsmayılovun iştirakı olmadan bunu etmək olmaz. Çünki zirzəminin açarı ondadır. Bu vəziyyət isə çaşqınlıq yaradır. Hansı əsasla binanın zirzəmisinin açarı İsmayılovdadır? Axı o, həmin yerin sahibi deyil? Lakin Aslanova bu suala cavab verə bilməyib.

Aslanova Rafiq İsmayılovla telefonla əlaqə saxlayaraq gəlməsini və Qarakişiyevanın zirzəmidən dərmanlarını götürməsi üçün açarları gətirməsini xahiş edib. Lakin o gəlməkdən imtina edib və deyib ki, hazırda həkim müayinəsinə gedir. İsmayılovun sözlərinə görə, o, mənzilin qanuni sahibidir və yeddi ildir bu ünvanda yaşayır. Burada ona Ramin İsmayılovun 2016-cı ildə həmin mənzili tərk etdiyi və yaşamaq üçün Qarakişiyevaya verdiyi barədə dediyi sözləri xatırlatdıq. Lakin Rafiq İsmayılov dedi ki, onda məhkəmənin qərarı var və bu qərara əsasən o, mənzilin qanuni sahibidir.

Əgər belədirsə, onda necə olub ki, məhkəmə həmin mənzilin Qarakişiyevanın qanuni mülkiyyəti olduğu barədə qərar çıxarıb? Ancaq bu vəziyyət İsmayılovu qətiyyən narahat etmir. Dediyinə görə, yalnız onun sənədləri qanunidir, Qarakişiyevanın sənədləri isə qanunsuzdur. Tərəflərin mənzili əldə etdiyi vaxtlar arasında böyük fərq olmasına baxmayaraq, İsmayılov inadla öz fikrinin üzərində dayanıb. Qeyd edək ki, Qarakişiyeva mənzili 2006-cı ildə alıb, İsmayılov isə 2011-ci ildə. Lakin İsmayılov iddia edir ki, bunun məsələyə heç dəxli yoxdur.

Əgər oxucular da fikir verdilərsə, qarşıdurma tərəflərinin dedikləri sözlər, öz növbəsində də İsmayılovların ifadələri bir-birini təkzib edir. Ümid edirik ki, Xətai RPİ qısa müddətdə bu qaranlıq tarixçəni işığa çıxaracaq və Qarayevanın mülkiyyət hüquqlarının bərpası ilə bağlı yaranmış bütün suallara cavab tapacaq. Ən əsası isə onun satışda olmayan dərmanlarını geri qaytaracaq. Hazırda isə zərərçəkmişə hər üç aydan bir qan köçürülməlidir, çünki onun xəstəliyi inkişaf edir.

Xəbər lenti
0