Əmr imzalayan adam, arxiv şəkli

Ləğv olunan dövlət qurumlarının işçiləri işlə təmin ediləcəklər

102
(Yenilənib 13:13 18.01.2019)
Nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat veriləcək

BAKI, 18 yanvar — Sputnik. Dövlət başçısının yanvarın 17-də imzaladığı fərmana əsasən ləğv olunan dövlət qurumlarında işləyən işçilərin müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görüləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ dövlət başçısının yanvarın 17-də imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanda əksini tapıb.

Fərmanda deyilir ki, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi bu Fərmana əsasən ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası"na uyğun olaraq tədbirlər görsünlər.

Sənəddə vurğulanır ki, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmana əsasən ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsünlər və nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat versinlər.

102
Teqlər:
işçi, fərman, prezident, dövlət
Əlaqədar
"Bakı Metropoliteni" işçi axtarır
Danimarkada seks işçilərinə də təqaüd ayrılacaq
Fabrik işçiləri bir gecədə varlandılar