Здание Министерства экологии и природных ресурсов Азербайджана

Nazirlik: Hər hansı bədbəxt hadisə qeydə alınmayıb

90
(Yenilənib 23:19 17.01.2019)
ETSN: "Dövlət qurumları işlərini əlaqəli şəkildə, düzgün qurublar"

BAKI, 17 yanvar - Sputnik. "Hava şəraitinin kəskin dəyişməsi, temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq verilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Qeyd edim ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova keçirilən brifinqdə deyib.

Mətbuat katibi həmçinin bildirib ki, xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib: "Şükür ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu hadisə onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, işləri əlaqəli şəkildə, düzgün qururlar. Təhlükəsizlik məqsədilə keçirilən tədbirlər mətbuatda müntəzəm işıqlandırılır".

90