Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov

Eldar Əzizov təcili Bakının icra başçılarını topladı

1187
(Yenilənib 17:49 16.01.2019)
BŞİH də daxil olmaqla, Bakının bütün rayonlarının icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib

BAKI, 16 yanvar — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov yanvarın 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə ilə əlaqədar paytaxtın rayon icra hakimiyyəti başçılarına ciddi tapşırıqlar verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, E.Əzizovun tapşırığı ilə icra hakimiyyətlərində Fövqəladə hallar komissiyaları xüsusi qərargahlar yaradıblar.

BŞİH də daxil olmaqla, Bakının bütün rayonlarının icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib.

BŞİH-dən həmçinin bildirilib ki, şəhər icra hakimiyyəti qış mövsümünə tam hazırdır.

"Hələ ötən ilin noyabrından qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb" - BŞİH-dən bildirilib.

1187
Əlaqədar
Nazirlik əhalini ehtiyatlı olmağa çağırır
Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında növbəti xəbərdarlıq
"Azərişıq" rejimində dəyişiklik etdi
Sabaha hazır olun - Umayra Tağıyevadan xəbərdarlıq