Blogger Artyom İvanov

Rus blogger Bakıya vurulub: “Heç bir çətinliklə qarşılaşmırsan, sadəcə zövq alırsan”

159
(Yenilənib 18:40 14.01.2019)
Blogger Artyom İvanov ikinci dəfə Azərbaycana gəlib və onun barəsində ətraflı informasiya toplamaq niyyətindədir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Azərbaycan rusiyalı gənc blogger Artyom İvanovda o qədər böyük təəssürat yaradıb ki, o, ölkəmizə yenidən və özü də uzun müddətə qayıtmaq qərarına gəlib. O, Bakı barədə təəssüratlarını və gələcək planlarını Sputnik Azərbaycan-a açıqlayıb.

- Artyom, siz artıq ikinci dəfədir Azərbaycana gəlirsiz. Niyə növbəti seçiminiz də Azərbaycandan yana olub?

- Bəli, mən artıq ikinci dəfədir Azərbaycana gəlirəm. Dörd il əvvəl Qafqaza səyahət etmişəm və müxtəlif yerlərində olmuşam. Onda məndə ən dərin təəssüratı Bakı oyadıb. İndi isə burada uzun müddət qalmaq fikrim var. Bakıda 14 gün keçirəcəyəm və sonra Azərbaycanın digər regionlarına gedəcəyəm.

- Bəs budəfəki təəssüratlarınız necədir?

- Bakı dörd ildə daha da yaxşılaşıb. Moskvadan sonra burada əla hava var. Düzdür, deyildiyi kimi küləklidir, amma hava istidir. Quşlar oxuyur, hər yer yaşıldır və parlaqdır. Buranın camaatı çox qonaqpərvərdir. Adam Bakıdan getmək istəmir. Əlbəttə, bizə küçələrdə yeni il atmosferi bir qədər çatışmadı. Biz bura dekabrın 31-də gəlmişdik. Amma ola bilsin, Bakı Yeni ili bizim alışdığımız səviyyədə qarşılayan yerlərdən deyil.

Посмотреть эту публикацию в Instagram

Публикация от Artem (@artemray)

- Burada hansısa çətinliklərlə üzləmişsiz?

- Düzü, xüsusi çətinliklərim olmayıb. Yolların hara getdiyini tam anlamaqda çətinlik çəkirəm. Düzdür, bizdəki xəritədə hər yer var, amma o, mürəkkəbdir, başa düşmək çətindir.

- Bizə məlumdur ki, siz artıq Azərbaycan yeməklərini dadmısız. Onlardan hansı xoşunuza gəlib?

- Bəli, mən son günlər bir çox Azərbaycan yeməyinin dadına baxmışam. Yerli lüləkabab və ümumiyyətlə kabablar çox xoşuma gəlib. Burada ətdən yaxşı yeməklər hazırlayırlar. Düşbərə və plov da xoşuma gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Artem (@artemray)

- Artyom, bizə özünüzdən danışın. Necə oldu ki, blogger olmaq qərarına gəldiniz?

- Düzünü desəm, mən özümü blogger hesab etmirəm. İndi hamı özünə blogger deyir. Əgər siz məni belə adlandırırsızsa, bu, yaxşıdır. İş ondadır ki, mən bir qədər yazmışam və çəkmişəm. İndi, səyahət etməyə qərar verdiyim vaxt, belə alınıb ki, mən çoxlu yaxşı əhvalatlarla qarşılaşmışam və onlar haqqında susmaq olmaz.

- Siz dünyanın bir çox ölkələrində olmusuz. Ziyarət etmək istədiyiniz ölkələri hansı meyarlar əsasında seçirsiz?

- Mən ölkələri seçmirəm. Əgər imkan olsa, onların hamısını ziyarət etmək istəyirəm. Bir ölkənin necə olduğunu anlamaq üçün orada bir müddət qalmaq lazımdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Artem (@artemray)

- Artıq neçə ölkədə olmusuz və onlardan hansı sizin daha çox yadınızda qalıb və ora qayıtmaq istəmisiz?

- Mən 18 ölkəyə səyahət etmişəm. Bu, elə də çox deyil. Amma şadam ki, bəzilərində bir müddət yaşamalı olmuşam. Çin çox xoşuma gəlib. Mən böyük məmnuniyyətlə ora dönəcəyəm, özü də bir neçə dəfə. Orada ölçüyə gəlməz dərəcədə qeyri-adi yerlər var və mən onların heç 5 faizini görməmişəm.

- Bakıdan sonra yolunuz haradır?

- Bakıdan sonra Azərbaycanı gəzəcəyəm. Kiçik mənzərəli qəsəbələrdə olacağam. Ola bilsin, İsmayıllıya getdim. Sonra isə bir həftəlik Şəkiyə getmək niyyətindəyəm.

159