CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal bölgəsində ceyran ovçusu saxlanıldı

© Flickr / GettaНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qubada ceyran ovlayan şəxs saxlanılıb

BAKI, 13 yanvar - Sputnik. Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Quba rayonu üzrə regional qrupundan verilən məlumata görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Tülər kəndi ərazisində ölkəmizdə ovlanması qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti
0