Mətbəxdə su kranı. Arxiv şəkli

Sabah Bakının mərkəzində su olmayacaq

176
(Yenilənib 16:36 11.01.2019)
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir

BAKI, 11 yanvar — Sputnik. Sabah paytaxtın bir hissəsində içməli su verilməsində problem yaşanacaq.

"Azərsu" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar sabah Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

176