Mobil telefon, arxiv şəkli

"Azercell" gələn aydan qiymətləri iki dəfə bahalaşdıracaq

19178
(Yenilənib 14:05 11.01.2019)
Bu barədə şirkətin yaydığı elanda bildirilir

BAKI, 11 yanvar — Sputnik. "Azercell Telecom" MMC fevralın 12-dən etibarən fakturalı və fakturasız (Sim-Sim) abunəçilər üçün SMS tariflərini 2 dəfə artırır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin yaydığı elanda bildirilir.

Qeyd olunur ki, fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan "Azercellim", "Bizimkilər", "Hər yerə", "Gənc Sim", "Bölgə" və "Tələbə birliyi" tarifləri çərçivəsində hər SMS-in qiyməti 67 faiz artırılaraq 5 qəpik, fakturalı xətt sistemində mövcud olan "Hər yerə", "Ailə tarif", "Dövlətcell", "SOCAR" və "Mediacell" tarifləri çərçivəsində isə hər SMS-in qiyməti isə 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib.

Bundan əlavə, yanvarın 23-dən etibarən "Sim kredit"də də dəyişiklik olacaq. Belə ki, "Sim kredit" üçün göndərilən sorğuya görə abonentin hesabından 5 qəpik çıxılacaq.

Abonentlər 1, 2, 3 manat məbləğində "Sim kredit" götürə biləcəklər. Abonent həmin 5 qəpik çıxıldıqdan sonra, götürdüyü 1 manata görə 1 manat 20 qəpik, 2 manata görə 2 manat 40 qəpik, 3 manata görə 60 qəpik ödəməli olacaq.

Qeyd edək ki, "Sim kredit" sorğusu əvvəllər pulsuz idi.

Xatırladaq ki, "Azercell Telecom" bu ilin əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb.

19178
Teqlər:
qəpik, qiymət, sms, "Azercell Telekom" MMC
Əlaqədar
"Azercell"in rəhbərinə qarşı şok addım
"Azercell" rezonans doğuran xəbərə münasibət bildirdi
"Azercell" satıldı