İnsanlar

Acılı-şirinli 2018: Olmayacaq hadisələr oldu, uğurlu gələcək vəd edən yeniliklər

13488
(Yenilənib 17:03 08.01.2019)
Keçən il vətəndaşların yaddaşında bir neçə mühüm hadisə ilə yadda qalıb

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. 2018-ci il artıq tarixə qovuşdu. Keçən il həm ölkəmizdə, həm də dünyada siyasi, sosial, iqtisadi və digər sahələrdə mühüm hadisələr baş verdi.

İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Maraqlıdır, ötən il ölkə vətəndaşlarının yaddaşında daha çox hansı hadisə və ya hadisələrlə qaldı? Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib.

Tərxan Paşazadənin fikrincə, 2018-ci il Azərbaycan üçün, ilk növbədə, "Azərbaycan Xalq Cümhuriyyəti İli"nin elan edilməsi ilə yadda qaldı.

Fərqanə Mehmanqızı üçün isə, ötən il intiharların sayının çox olması ilə yadda qalıb.

Rahil Kərimov düşünür ki, yola saldığımız ildə Azərbaycanda Xalq artistlərinin vəfatı, dünyada üzrə isə Qaşıqçının öldürülməsi yaddaşlarda qaldı.

Orxan Rəhimov üçün isə Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası"nda baş verən partlayış və Bakının qaranlığa qərq olması yaddaqalan hadisə olub.

Zaur Şərifov da 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinin qeyd edilməsini yaddaqalan hadisə hesab edir.

Elnur Abdürəhmanlının yaddaşında itkin düşmüş alpinistlərimizin cəsədlərinin tapılması qalıb.

Cəlal Səfərov üçün isə ötən il dolların bahalaşmaması ilə yadda qalıb.

Səbinə Məmmədova bir neçə hadisənin yaddaşında qaldığını bildirib: "2018-ci il alpinistlərin cəsədlərinin tapılması, yayda işıqların sönməsi, intiharlar (xüsusilə də abituriyentlərin intiharları), seçkilərin keçirilməsi, Amaliya Pənahovanın vəfatı, Qurban Qurbanovun istefası ilə yadımda qaldı".

Sualımızı daha ətraflı cavablandıranlar da olub.

Elgün Mənsimov ötən il həm dünyada, həm də ölkəmizdə baş verən bir neçə hadisəni xatırladıb: "Aprelin 11-də prezident seçkiləri keçirildi. İlham Əliyev seçkidə qələbə qazanaraq 4-cü dəfə prezident oldu. Eyni zamanda, 2018 həm də uğurlu kadr islahatları ilə yadda qaldı. Bir neçə nazirliyə və icra hakimiyyətinə yeni layiqli şəxslər təyin olundu. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalandı".

E.Mənsimov ötən il yaddaqalan iqtisadi hadisələrdən də danışıb: "Neftin qiymətləri qalxdı, Azərbaycan neftinin qiyməti 70 dollara qədər yüksəldi, makro-iqtisadi sabitlik göstəriciləri yaxşılaşdı. Azərbaycan manatı dollar qarşısında sabit qaldı. Dolların məzənnəsi, demək olar ki, dəyişmədi".

"Pis hadisəyə gəldikdə isə, iyun ayında pambıq sahələrində kütləvi zəhərlənmə hadisələri baş verdi. Bundan başqa, ötən il bəzi yüksək vəzifəli məmurların işdən çıxarılması, Respublika üzrə elektrik enerjisinin verilişində yaranan 48 saatlıq və fasiləli problemlər, Elmar Vəliyevə qarşı sui-qəsd, bütövlükdə Gəncə hadisələri (polislərin öldürülməsi) və sonda əmisi oğlunun arvadı ilə eşq yaşayan Quba sakinin amansızcasına öldürülməsi ilə yadda qaldı" - Mənsimov deyib.

Elnur Mədətoğlu isə bildirib ki, 2018-ci il ölkənin siyasi həyatında baş verən bir sıra dəyişikliklərlə yadda qaldı: "Bura aprel ayında keçirilən Prezident seçkilərini, bəzi nazirliklər və dövlət komitələrindəki dəyişiklikləri, eyni zamanda yeni yaradılan agentlikləri və s. daxil etmək olar".

"Sosial-iqtisadi dəyişikliklər, yeni layihələr, istər ölkə daxili, istərsə də beynəlxalq səviyyəli məsələlər ötən ilki proseslərin təkrarı kimi göründü, sanki" – deyə o qeyd edib.

13488
Teqlər:
Cümhuriyyət, vətəndaş, hadisə, 2018-ci il
Əlaqədar
Hərbi ekspert: ““ADEX-2018” müdafiə sərgisinin siyasi əhəmiyyəti var”
Formula 1 Azərbaycan Qran-Prisi “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb
Azərbaycan jurnalistləri 2018-ci ildə: JuHİ illik  hesabatını açıqlayıb
Dron yarışları və fizika təcrübələri: “Bakutel 2018” sərgisində yeni layihələr
Auditoriyada tələbə, arxiv şəkli

BDU Pərviz Məhəmmədov ilə bağlı məsələyə aydınlıq gətirdi

3
(Yenilənib 17:45 01.12.2020)
BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb

BAKI, 1 dekabr — Sputnik. 30 noyabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. BDU-dan Sputik Azərbayan-a verilən məlumata görə, iclasda yer alan cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilib. Komissiya öz qərarında bildiribki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmuş, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar edib. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozmuş, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər edib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunub.

Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib. O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş edib.

Komissiya  məsələni yenidən araşdırmış, tələbənin Azərbaycan bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılmışdır. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb. 

Həmçinin iclasda Elmi Şurada BDU-nun elmi işçilərinin növbəti attestasiyadan keçirilmələri üçün mövcud qayda və meyarlar şərh edilmiş və attestasiyanın keçirilməsi barədə qərar qəbul edilib.

3
Təhsil Nazirliyi

Nazirlikdə vətəndaş qəbulu dekabrın 28-dək dayandırıldı

5
Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

BAKI, 1 dekabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 28-dək fəaliyyətini dayandırır.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

5
Teqlər:
Təhsil Nazirliyi
Bakıda hərbi parad, arxiv şəkli

Komissiya: Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbərləri əsassızdır

2
Təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilib, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

"Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilmişdir.

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaratmış, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil etmişdir.

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır. Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.

Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

Eyni zamanda erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk.

Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının "www.human.gov.az" rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir".

2
Teqlər:
Azərbaycan Ordusu, beynəlxalq hüquq, BQXK, əsir
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə