Мужчина пьет энергетический напиток за рулем автомобиля

Bütün enerji içkilərinin qiyməti bahalaşıb: Səbəb nəticələr bəlli oldu

15085
(Yenilənib 16:29 09.01.2019)
Məsələn, "Hell"in qiymətində 100 faiz artım var, yəni artıq enerji içkisinin kiçik bankasının 1 ədədi 1 manat yox, 2 manata satılıri

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Yeni ildən başlayaraq aksiz vergilərinin artırılması ilə əlaqədar olaraq bir çox məhsulların qiymətində artım müşahidə olundu. Bu artım ölkədə satılan enerji içkilərinin qiymətində özünü daha çox göstərdi.

Belə ki, enerji içki bazarında lider olan "Hell"in bir ədədinin qiyməti 1 manatdan 2 manata, "RedBull"un qiyməti isə 3 manata qaldırıldı. Eyni zamanda, digər enerji içkilərinin qiymətində də, ən azı, 50 faiz artım müşahidə olunur.

Sputnik Azərbaycan-ın əməkdaşı belə kəskin bahalaşmanın səbəbini öyrənmək üçün enerji içkiləri bazarının lideri "Hell" şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən "Hell"in qiymətində 100 faiz artım olduğu, artıq enerji içkisinin kiçik bankasının 1 ədədinin 1 manat yox, 2 manata satıldığı təsdiq edilib.

Daha sonra isə bahalaşmanın səbbinə belə aydınlıq gətirilib: "Bunun səbəbi aksiz vergisinin artırılmasıdır. Bu qiymət artımı tək bizə aid deyil, eyni zamanda bazardakı bütün enerji içkilərinin qiymət artıb. Bu, labüd idi. Çünki ölkədə istehsal olunan və xaricdən gətirilən enerji içkilərinə artımla aksiz vergisi tətbiq olunmağa başlayıb".

"Aksiz vergisinə görə tətbiqetmə enerji içkisinin hər litrinə görə 3 manat nəzərdə tutulur. Bu da hər 200 ml bankada özünü 0,75 manat məbləğində göstərir. Bu cür artımlar əlavə xərclərə səbəb olduğu üçün vitrinlərdəki məhsulun qiymətinin 2 manata kimi artmasına səbəb olub. Digər enerji içkilərində də qiymət artımının baş vermə səbəbi məhz aksiz vergisidir" – deyə şirkətdən qeyd olunub.

O da əlavə edilib ki, enerji içkilərinə aksiz vergisinin tətbiqi xəbəri yayılandan sonra artıq məlum idi ki, qiymət artımından qaçmaq mümkün olmayacaq: "Təbii ki, bu gün alıcıların maddi vəziyyətini nəzərə alaraq proqnoz vermək olardı ki, alıcı kütləsi azalacaq və gəlirimiz də düşəcək".

Hell
© Karikatura
Hell

"Bu günə kimi Azərbaycanda enerji içkisi bazarının 65 faizini tutmağımıza baxmayaraq, artıq qiymət artımı ilk günlərdən satışa mənfi təsirini göstərir" - deyə şirkətdən vurğulanıb.

15085
Teqlər:
aksiz vergisi, qiymət, enerji içkiləri
Əlaqədar
Azərbaycanda enerji içkilərinin satışı məhdudlaşdırılacaq
Enerji içkilərinin hansı zərərləri var?
Enerji içkiləri az qala onu öldürəcəkmiş
Bu zəhəri hamı içir: Azərbaycandakı enerji içkilərinin tərkibi yoxlanacaq