Yaşıl çay

Yaşıl çay içənlər, diqqətli olun

85
(Yenilənib 21:10 08.01.2019)
Mütəxəssislər xəbərdarlıq edir

BAKI, 9 yanvar — Sputnik. Mütəxəssislər faydalı olması və əks təsirlərdən qorunmaq üçün yaşıl çayın hansı zamanlarda içilməsi ilə bağlı məsləhətlər veriblər.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssislər bu çayı yemək arası içməməyi tövsiyə edirlər. Onların fikrincə, bu zaman çayın tərkibində olan dəmirin qəbulunda müəyyən məhdudiyyətlər yaranır. Belə olan halda bədən dəmirin 60 faizini qəbul etmir. Çünki yaşıl çay dəmirlə zəngin olmaqla yeni qan yaratmaq keyfiyyətinə malikdir.

Bundan başqa, yaşıl çayı acqarına içmək də məsləhət görülmür. Həkimlərin məlumatına görə, bu zaman mədədə narahatlıq yarana bilər. Bundan başqa, yaşıl çayın yatmazdan öncə də içilməsi tövsiyə olunmur.

Həkimlər bildirir ki, yaşıl çayın daha çox səhər və günorta yeməyi arasında içilməsi məsləhətlidir.

85