Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı

Devalvasiya məcburiyyətindən açılan imkan qapısı: Yeni sərvət qazanma üsulu təklif edilir

15538
(Yenilənib 17:41 04.01.2019)
Ağstafa sakini hər biri inək qiymətinə olan keçilər saxlayır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini Alhüseyn Alhüseynov uzun müddət Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Lakin ard-arda baş verən devalvasiya və manatın dəyər itirməsindən sonra rayona qayıdaraq yeni bir işlə məşğul olmaq qərarına gəlib. Məsləhətləşmələr və internet araşdırmalarından sonra o, Fransadan gətirilmiş keçiləri saxlamağa başlayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan təsərrüfatçı bu növ keçiləri əldə etmək üçün hər birinə 1200 manat ödədiyini deyib: "Bunların hər birinə 1 inəyin pulunu verdim. Bir il əvvəl 21 keçi aldım, artıq sayları iki dəfə artıb. Çox gəlirli heyvandır".

"Yaxşı qulluq edəndə il ərzində iki dəfə bala verir. Hər dəfəsində 2, bəzi hallarda isə 1 və ya 3 bala götürmək olur. 12 yaşa kimi saxlamaq mümkündür. Ən əsas özəlliyi isə südlü olmasıdır. Hərəsi gün ərzində 3 litrədək süd verir, bala verməsinə 1 ay qalmışadək də sağılır" – deyə o bildirib.

Keçi südünün, pendirinin çox xeyirli olduğunu qeyd edən A.Alhüseynov, keçilərin südündən, əsasən pendir hazırladığını qeyd edib. Bakıdan, Gəncədən xüsusi alıcıları olduğunu vurğulayan təsərrüfatçı pendirin kiloqramını 15-20 manata satır.

Yerli keçilərdən fərqli olaraq zəif tüklü olan bu keçilər soyuğa davamsız olduğundan tövlə şəraitində bəslənilir. Yazda isə yerli davarlar kimi sahələrdə asanlıqla otarılır. Yemlənmələri də yerli keçilərdən heç nə ilə fərqlənmir. İldə bir dəfə isə tibbi müayinədən keçirilir.

  • Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
    Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
  • Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
    Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
  • Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
    Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
  • Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
    Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı
1 / 4
© Sputnik / Ilham Mustafa
Alhüseyn Alhüseynova məxsus fermer təsərrüfatı

Ağstafa sakini, təxminən bir il öncə yaratdığı təsərrüfatını az müddətə xeyli genişləndirə bilib. Bu gəlirli sahədən digər fermerlərin yararlanması üçün də imkan yaradıb. Belə ki, bəslədiyi keçilərdən yazqabağı artıq bir neçəsini satmağa hazırlaşır.

A.Alhüseynov bu növ keçilərin daha da çox yayılması, insanların bu gəlirli təsərrüfatla məşğul olmaları üçün onları aldığı qiymətdən daha ucuz satmaq istəyir. Onun əsas məqsədi bu gəlirli sahəyə digər fermerlərin də marağını artırmaqdır.

15538
Teqlər:
Fransa, qiymət, süd, keçi, kənd, Ağstafa rayonu
Əlaqədar
İsmayıllı dağlarında keçi axtaran oğlanlar brend pencəkli mumiya ilə qarşılaşıblar
Mingəçevir sakini qeyri-adi hobbisindən danışır
Azərbaycanda 600 nəfər insan qeyri-adi "cəzaya" məhkum edilib