Şam yandıran şəxs, arxiv şəkli

Sabah bəzi ərazilərə elektrik verilişi dayandırılacaq

214
(Yenilənib 18:41 08.01.2019)
Təmir işləri ilə əlaqədar olaraq bu qəsəbələrdə elektrik enerjisinin verilişi dayandırılacaq

BAKI, 8 yanvar — Sputnik. Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada təmir işləri aparılır.

Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən daxil olan məlumata görə, sabah, saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

214