İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident 4,4 milyon manat ayırdı

21
(Yenilənib 18:28 08.01.2019)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,4 milyon manat ayrılıb

BAKI, 8 yanvar — Sputnik. Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

21
 Xəstəxana, arxiv şəkli

Baldızını elə silahla vurdu ki, heç kim baş aça bilmədi

0
(Yenilənib 19:07 10.07.2020)
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 10 iyul — Sputnik. İyulun 09-da saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Sputnik Azərbaycan Sumqayıt Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı, 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Əlaqədar
On altı yaşlı yeniyetmə 23 yaşlı gənci qətlə yetirib
Qəbələdəki qardaş qətlinin bəzi təfərrüatı bəlli oldu
Füzulidə qətl - 27 yaşlı gənci bıçaqlayıb öldürdülər
Rusiyada qətlə yetirilən azərbaycanlı tələbənin qatili saxlanıldı
Bıçağı təqdim edərək, qətli etiraf etdi...
Favipiravir preparatı

Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı

3
(Yenilənib 19:07 10.07.2020)
Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib.

BAKI, 10 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiqlənən "Avifavir"in hamilə qadınlar üçün təhlükəli olduğu məlum olub. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər ki, bunu Qameli adına epidemiologiya və mikrobiologiya üzrə elmi-tədqiqat mərkəzinin direktoru Anatoli Altşeyn bildirib.

O, qeyd edib ki, daha əvvəl bu preparat yuxu dərmanı kimi istifadə olunub və genetik qüsurlu uşaqların doğulmasına səbəb olurdu.

Altşeyn bildirib ki, bu preparat Yaponiya istehsalı olan "Favripiravir"dən sintez olunub. Yaponiyada istehsal olunan və digər ölkələrə göndərilən dərman isə effektiv olmayıb: "Həmin dərman sintez olunub və digər adlarla buraxılıb. Bu dərman hamilə xanımlar üçün çox təhlükəlidir O, 60-cı illərdə yuxu dərmanı kimi tətbiq olunan talidomidə bənzəyir.

O, əlavə edib ki, Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Bu nəticələr Rusiyada da nəzərə alınmalıdır.

"Qovorit Moskva" radiostansiyası ilə qeyd edir ki, Yaponiya hökuməti bu dərmanı qrip epidemiyası üçün saxlayır və əlavə təsirlərlə bağlı açıq bazara çıxarmır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib. Qeyd olunur ki, bu preparat Ebola hemorragik qızdırmasının müalicəsində istifadə olunub.

3