Sənədin imzalanması

"Rabitəbank"da yeni təyinat

79
(Yenilənib 17:23 08.01.2019)
İctimai Əlaqələr vəzifəsini Nərmin Seyidova icra etməyə başlayıb.

BAKI, 8 yanvar — Sputnik. "Rabitəbank" ASC-də ictimaiyyətlə əlaqələr üzrə rəhbər vəzifəsinə təyinat olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəni Nərmin Seyidova icra etməyə başlayıb.

Nərmin Seyidova bundan əvvəl Azərbaycan Yelkənli İdman Federasiyasında, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında çalışıb, "Azərbaycan Mədəniyyət, İncəsənət və Elm evi" Gənclər Evi Sosial İnkişaf Proqramının, "Eurovison" mahnı müsabiqəsinin rəsmi fan-klubunun PR rəhbəri olub.

79