Daxili işlər naziri Ramil Usubov

Ramil Usubov 4 rayonun polis rəisini işdən çıxartdı

1710
(Yenilənib 17:05 08.01.2019)
General-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb

BAKI, 8 yanvar — Sputnik. Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Binəqdi Rayon Poli İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.

1710
Əlaqədar
Ramil Usubov polis rəislərini topladı
Ramil Usubov əmr imzaladı, polis rəisini işdən çıxartdı
Ramil Usubov yeni rəis təyinat etdi
Ramil Usubov yeni rəis təyin etdi
Ata və övladı

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

2
(Yenilənib 13:39 29.11.2020)
Övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində vəsait ödənəcək

BAKI, 29 noyabr — Sputnik. Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir.

Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, gələn ilin əvvəlindən  yeni aylıq müavinət növü təsis olunacaq.

Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanunlar isə bu qanunlar qüvvəyə mindiyi vaxtdan övladlığa götürülmüş uşaqların ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqlarının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. 

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən isə bu dəyişiklik qüvvəyə mindiyi vaxtdan sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən, ölkəmizdə övladlığagötürmə sahəsində müasir idarəetmə mexanizmi yaradılaraq  hazırda tətbiq olunur. Fərmanda uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin hazırlanması da nəzərdə tutulub.

2
Teqlər:
ƏƏSMN, gələn il, Övladlığa götürmə, müavinət
Akvariuma baxan ziyarətçilər, arxiv şəkli

Rusiyalı mütəxəssislər Bakı sakinlərinə sürpriz hazırlayırlar

29
(Yenilənib 13:01 29.11.2020)
Bakı zooparkının direktoru yaxın vaxtlarda şəhərin sakinlərinə və qonaqlarına təqdim olunacaq qeyri-adi yeniliklərdən danışıb.

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Bakı zooloji parkının ərazisində ilk dəfə olaraq nəhəng akvaterrarium tikiləcək. Sputnik Azərbaycan-a bu barədə Bakı zooparkının direktoru Azər Hüseynov məlumat verib.

Hazrıda zoopark bərpa mərhələsindədir, oradakı heyvanlar isə paytaxtın Qaradağ rayonundakı müvəqqəti qəfəslərə köçürülüb.

“Hazırda akvaterrariumda iş gedir. Onu Moskvanın Avrasiya zooparklar və akvariumlar assosiasiyasının üzvü olan “Akva Loqo” şirkəti tikir. Akvaterrariumda timsahlar, kaymanlar, ilanlar, varanlar yaşayacaq. Sonra müxtəlif növ balıqlar üçün iki iri akvariumun tikilməsi də plandadır”, - Hüseynov bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycanda nəhəng akvarium olmayıb.

Direktor deyib ki, özü hələ konstruksiyasını görməsə də, onun nəhəng olacağından şübhəsi yoxdur.

“Dəhliz formasında xüsusi müşahidə hissəsi tikiləcək. Əmin edirəm ki, çox gözəl olacaq”, - zooparkın direktoru əlavə edib.

Yaxın günlərdə xüsusi “elektroçoban” sisteminin quraşdırılması nəzərdə tutulub. Vəhşi heyvanlar, məsələn, şirlər, tezliklə açıq səma altında dolaşa biləcəklər. İçindən elektrik cərəyanı keçən xüsusi qorxuducu sistem onlara ziyarətçilərə yaxınlaşmağa imkan verməyəcək.

Rusiya zooparkına məxsus şirin skeleti yarım əsrdir Gəncədə saxlanır – video
© Sputnik / Rahim Məmmədov / Kamilla Əliyeva / Leyla Orucova

Rusiyalı mütəxəssislərin ardınca Azərbaycana Çindən olan işçilər gələcəklər, onlar qəfəslər üçün torları çəkəcəklər.

Hüseynovun sözlərinə görə, yenilənmiş zooparkda tezliklə yeni heyvanlar da görə biləcəyik. Azərbaycana artıq əfilər, kaymanlar, ilanlar və Rusiyadan iki pələng gətirilib. Yaxın zamanlarda Tbilisi zooparkından zebra da gətiriləcək.

Yeni zooparkın tikintisi hələ 2018-ci ildə IDEA İctimai Birliyinin dəstəyi ilə başlayıb. Bərpa təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur.

Yenilənmiş zooparkın ərazisi iki hektar böyüyəcək – 2.25-dən 4.25-dək. Bunun sayəsində heyvanların qəfəsləri də genişlənəcək və təbii mühit şəraitinə daha yaxın olacaq. 

Hüseynovun sözlərinə görə, Bakının sakinləri və qonaqlarını möhtəşəm sürpriz gözləyir: zooparka yeni növ ekzotik heyvanlar gətiriləcək. Bunlar arasında Avstraliya, Amerika və Afrika faunasının nümayəndələri də ola bilər.

29
Teqlər:
fauna, Amerika, Afrika, Avstraliya, elektroçoban, əfi ilan, kayman, timsah, akvaterrarium, Bakı Zooloji Parkı, Bakı