Qoca kişi əlləri, arxiv şəkli

Pensiya artımı təqaüdçülərin 94 faizinə şamil ediləcək

2920
(Yenilənib 16:21 08.01.2019)
Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq

BAKI, 8 yanvar — Sputnik. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

İlkin məlumata əsasən, 2019-cu ilin 1 yanvar tarixinə ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onlardan təxminən 94 faizinə şamil olunacaq.

Qalan pensiyaçılara isə "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. aiddir ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq, bu ay ərzində pensiyalarla birgə, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması gözlənilir.

2920
Teqlər:
"Əmək pensiyaları haqqında" qanun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, artım, pensiya
Əlaqədar
Gələn ildən vətəndaşlar heç bir sənəd toplamadan pensiya təyinatı alacaqlar
Nazir: “Yüz minlərlə insanın pensiya və sosial müdafiə hüquqları bərpa ediləcək"
Pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin ediləcək
Nazir elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüşüb