Bakı Beynəlxalq Avtovağzal

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək

52
(Yenilənib 18:17 07.01.2019)
Naxçıvandan avtobus saat 19:30-da yola düşəcək.

BAKI, 7 yanvar — Sputnik. 11 yanvar tarixindən etibarən hər gün  Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək. Naxçıvandan isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir.

"Sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər"-deyə Məmmədova qeyd edib.

O bildirib ki, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir: "Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub".

Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!

52