Qəhvə

Şəkərsiz südsüz qəhvə aludəçilərindən uzaq gəzin

167
(Yenilənib 20:41 13.11.2018)
Araşdırma zamanı turp, kərəviz sevən şəxslərin də anti-sosial xüsusiyyətlər nümayiş etdirmə meylinin olduğu ortaya çıxıb

BAKI, 7 yanvar — Sputnik. Aparılan araşdırmalara görə, qəhvəni südsüz və şəkərsiz içən insanların psixopat olması ehtimalı var.

Sputnik Türkiyə xəbər verir ki, sadə qəhvə sevgisi ilə sadistlik və psixopatik meylləri arasında bağlılıq müəyyən olunub.

Araşdırma Avstriyada İnsburk Universitetinin ekspertləri tərəfindən aparılıb. Araşdırma çərçivəsində minlərlə insan müşahidə edilib. İştirakçılardan sevdikləri yeməklər haqqında məlumat verilməsi istənilib. Daha sonra bu şəxslərə sadizm, narsisizm və psixopatiya kimi şəxsiyyət xüsusiyyətlərini dəyərləndirən testlər tətbiq edilib.

Nəticələr, sərt dadı və qoxunu sevənlərin psixopatik davranışla əlaqəsi olduğu müəyyən edilib.

Araşdırma zamanı turp, kərəviz sevən şəxslərin də anti-sosial xüsusiyyətlər nümayiş etdirmə meylinin olduğu ortaya qoyulub.

167