Bakı

Azərbaycanda həftənin ilk günü gözlənilən hava proqnozu açıqlandı

3514
(Yenilənib 14:10 06.01.2019)
Havanın temperaturu gecə 2-5°, gündüz 8-11° isti təşkil edəcək

BAKI, 6 yanvar – Sputnik. Azərbaycanda yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5°, gündüz 8-11° isti təşkil edəcək.

Bakıda hava
© Sputnik / Murad Orujov

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 4-9° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-5° isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-8° isti olacağı gözlənilir.

3514
Gəncədə vəziyyət, arxiv şəkli

10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu - UNICEF-dən erməni terroru ilə bağlı bəyanat

0
(Yenilənib 11:09 29.10.2020)
"Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir"

BAKI, 29 oktyabr — Sputnik. "10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə UNICEF-in Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, 130 mindən çox insan evlərindən didərgin düşüb, 76 məktəb və uşaq bağçasına ziyan dəyib, bir doğum evi topla atəşə tutulub: "Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu keçirirlər. Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNICEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal və tam dayandırılması üçün bir daha müraciət edir".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası
Yalnız Xədicə sağ qalıb: qızın xalası onun vəziyyəti barədə danışıb
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Gəncədə öldürülən 26 nəfərdən 10-u qadın, 6-sı uşaqdır - Baş Prokurorluq
Bərdədə vəziyyət

Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb

8
(Yenilənib 10:56 29.10.2020)
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib

BAKI, 29 oktyabr — Sputnik. Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadən Bərdə terrorunun qurbanlarının siyahısını təqdim edir:

1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu

1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı

1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu

1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı

1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı

1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu

1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu

1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu

1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu

1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu

1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu

1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu

1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu

1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu

1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu

1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu

1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu

1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu

1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu

1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir).

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdənin raket atəşinə tutulmasına görə cinayət işi başlanılıb
Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl və vicdanını itirib!"
"Ermənistanın qəddar, qeyri-insani cinayət əməllərinə laqeyd qalmayın" - Ombudsman
Bərdə bu gün - Dəhşətin mənzərəsi
Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar