CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələni qabaqcadan xəbər verən mobil telefon xidməti işə başladı

© AP Photo / Richard VogelLos Ancelesdə mobil telefonla zəlzələnin öncədən xəbərdarlığı izlənilir
Los Ancelesdə mobil telefonla zəlzələnin öncədən xəbərdarlığı izlənilir - Sputnik Azərbaycan
Abunə olmaq
"ShakeAlertLA" adlı mobil telefon xidməti ABŞ Geoloji Araşdırma Dairəsinin zəlzələyə qarşı erkən xəbərdarlıq sisteminin siqnallarından istifadə edir

BAKI, 6 yanvar — Sputnik. ABŞ-da zəlzələni qabaqcadan xəbər verən yeni mobil telefon xidməti tətbiq edilməyə başlayıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, yeni xidmət çox aktiv zəlzələ bölgəsində yerləşən Los-Anceles şəhərində tətbiq edilməyə başlayıb. Yeni xidmət 2018-ci ilin son həftəsində şəhər sakinlərinin xidmətinə verilib.

İndoneziya sunamisinin dəhşətli fəsadlarını izləyin  - Sputnik Azərbaycan
VİDEO
İndoneziya sunamisinin dəhşətli fəsadları

"ShakeAlertLA" adlı mobil telefon xidməti ABŞ Geoloji Araşdırma Dairəsinin zəlzələyə qarşı erkən xəbərdarlıq sisteminin siqnallarından istifadə edir.

Yeni sistem zəlzələdən qabaq insanlara on saniyələr qazandıra biləcək şəkildə düzəldilib. Proqramı telefona yüklədikdən sonra xidmət işə başlayır. Yeni tətbiq Los-Ancelesdə 5 baldan çox olan zəlzələni öncədən əhaliyə məlumat verəcək.

Qeyd edək ki, daha böyük zəlzələ erkən xəbərdarlıq sistemləri iri şəhərlərdə tətbiq edilir. Bu, zəlzələdən əvvəl yüksək sürətli qatarlar, metro və təbii qaz xətləri kimi kritik yerlərdə böyük qəzaların qarşısını alır.

Xəbər lenti
0