CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altsheymer xəstəliyi insandan insana yoluxur

© Sputnik / Varvara Gertye / Mediabanka keçidBeynin müayinəsi, arxiv şəkli
Beynin müayinəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər qeyd edir ki, Altsheymer xəstə insana toxunmaqla yoluxmur.

BAKI, 6  yanvar — Sputnik. Alimlər müəyyən edib ki, Altsheymer xəstəliyinə səbəb olan proteinlər insandan insana yoluxa bilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər insan beyninin boy hormonu ekstraktını istifadə edərək, siçanları Altsheymer xəstəliyinə uğurla yoluxdurublar.

"İndi bizim təcrübədə sübutumuz var ki, xəstəlik insandan insana keçə bilir. Düzdür, hələ xəstəliyin inkişafına boy hormonu inyeksiyası və ya beyin əməliyyatından hansının səbəb olduğu müəyyən edilməyib. Ancaq insanların müalicəsi zamanı hər iki amili nəzərə almaq lazımdır" – deyə London universitet kollecindən Con Kolinq deyib.

Mütəxəssislər qeyd edir ki, Altsheymer xəstə insana toxunmaqla yoluxmur.

Xəbər lenti
0