CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Gəncə qatarı yolda qaldı

© Azerbaijan Railways CJSCBakı-Gəncə sürət qatarı
Bakı-Gəncə sürət qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb

BAKI, 5 yanvar — Sputnik. Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub.

Xəbər lenti
0