CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident əhaliyə fasiləsiz xidmət göstərəcək yeni məkanın açılışını edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib
İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

BAKI, 3 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verib.

Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb. Dövlət başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lenti kəsib.

Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib.

Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.

Əmlak Xidmətləri Məkanında 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid hüquqmüəyyənedici mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsi də var. Binada kafe, kitabxana, uşaq oyun sahəsi də yaradılıb.

Dövlətimizin başçısına komitə tərəfindən elektronlaşdırılan xidmətlər barədə məlumat verilib. Komitə artıq 40 xidməti elektron qaydada vətəndaşlara birbaşa və e-Hökumət portalı vasitəsilə təqdim edir. Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı vətəndaşlar üçün daha çox maraq doğuran "Əmlak kalkulyatoru" iş prinsipləri və "Elektron çıxarışın yoxlanılması" kimi elektron xidmətlər nümayiş olunun.

"Elektron çıxarış" xidməti vətəndaş məmur ünsiyyətini tam məhdudlaşdırır. Belə ki, elektron imzaya sahib vətəndaş istənilən yerdən e-Hökumət portalı vasitəsilə xidmətə müraciət edir, müvafiq sənədlərini göndərir, Komitə tərəfindən hazırlanmış elektron çıxarış isə onun portaldakı şəxsi kabinetinə göndərilir. Vətəndaş digər dövlət orqanlarına müraciət zamanı elektron çıxarışının düzgünlüyünü yoxlamaq üçün "Elektron çıxarışın yoxlanılması" xidmətindən istifadə edir. Qısa müddət keçməsinə baxmayaraq, artıq 8 mindən çox "Elektron çıxarış" sahibi var.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib
İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib - Sputnik Azərbaycan
1/3
İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib
İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib - Sputnik Azərbaycan
2/3

3/3

Binada elektron informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məkanda xidmətlərin daha dəqiq, prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğular quraşdırılıb. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətlərdən internet vasitəsilə də istifadə edə bilirlər.

Özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb. Özəlləşmənin elektronlaşdırılması prosesin sürətlənməsinə və investorların marağının artmasına imkan verib. Elektron hərracda elektron imzası olan hər bir vətəndaş yerindən asılı olmayaraq elektron hərrac sisteminə qoşularaq iştirak edə bilər. İndiyədək 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub.

Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.

Prezident İlham Əliyevə torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi layihəsinin iş prinsipi barədə məlumat verilib. Layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsidir.

Layihə nəticəsində ölkə ərazisi peyk vasitəsilə 5 gündən bir çəkilir. Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir. Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi Komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir.

Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyənləşdirilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyən edilməsi və təbiətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.

Eyni zamanda, lokal ərazilərdə torpaqlarda baş verən dəyişikliklərin öyrənilməsi, nəzarətin keyfiyyətinin artırılması, daşınmaz əmlakın kadastrı və torpaqların elektron uçotunun aparılması, məkan məlumatları və aerofoto çəkilişlərlə yanaşı, yeni texnologiya olan dron çəkilişlərindən də istifadə ediləcək.

Əmlakların 3D çəkilişlərinin aparılması məqsədilə son texnologiyalardan olan "Matterport" avadanlığından istifadə edilir. Bu innovativ avadanlıq daşınmaz əmlak, mənzil, fərdi ev, zavod, fabrik, muzey və digər tikililərin 3D modelini əldə edir, plan–çertyojları və ölçüləri avtomatik olaraq qısa müddət ərzində hazırlayır, əmlakın qeydiyyatında, hərraclarda, özəlləşdirmədə əmlak barəsində ətraflı məlumatı təqdim edir.

"Streetview" layihəsi nəqliyyat infrastrukturu obyektlərinin vizual rəqəmsallaşdırılmasını, seçilmiş yollar, küçə və prospektlər üzrə ünvan reyestrinin dayanıqlı idarə olunmasını təmin edir. Bu sistem əldə olunan məlumatların Ünvan portalına inteqrasiyasını və reyestrdə ünvanvermə işinin asanlaşdırılmasını təmin edir.

Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0