Anar Bağırov

Vəkillər Kollegiyasının sədri: "İnhisarı düzgün hesab edirəm"

9250
(Yenilənib 16:40 02.01.2019)
Anar Bağırov: "İnsanın müalicəsi ilə həkim, müdafiəsi ilə vəkil məşğul olmalıdır"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov məhkəmədə vətəndaşların maraqlarını müdafiə etmək və onları təmsil etmək üçün yalnız Kollegiya üzvlərinin buraxılmasını düzgün sayır.

O, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna, Mülki Prosessual Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə edilən, bu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər nəticəsində kənarda qalan hüquqşünaslarla bağlı Sputnik Azərbaycan-ın sualını cavablandırarkən belə deyib.

Qeyd edək ki, həmin dəyişikliklərə əsasən, vəkillik institutu gücləndirilib. Əgər əvvəllər hüquqşünaslar mülki işlər üzrə müdafiəyə buraxılırdılarsa, indi məhkəmədə prosessual hərəkətləri qanunla səlahiyyətləri olan şəxslər, yəni vəkillər həyata keçirə biləcəklər.

"Mən düşünürəm ki, inhisar düzgündür. Yanvarın 1-dən qeyri-peşəkarların mülki işlərdə təmsilçiliyi məhdudlaşdırılıb. Hazırda məhkəmə sistemində peşakar təmsilçilik rejimi fəaliyyət göstərir. Digər ölkələrdə də analoji qaydalar hökm sürür. Hətta Rusiyada yaxın vaxtlarda vəkillik fəaliyyəti haqqında qanuna dəyişikliklər etməyə hazırlaşırlar. Rusiyalı mütəxəssislər də hesab edirlər ki, məhkəmələrdə vətəndaşların maraqlarını peşəkar vəkillər müdafiə etməlidirlər" - Bağırov bildirib.

Onun sözlərinə görə, əvvəllər məhkəmədə vətəndaşların maraqlarını istənilən şəxs, o cümlədən əvvəllər məhkum olunmuşlar təmsil edirdilər: "Bu isə, yolverilməzdir. Hazırda bəzilərinin danışdığı azad rəqabət peşakarlar arasında olmalıdır. İnsanın müalicəsi ilə həkim, müdafiəsi ilə vəkil məşğul olmalıdır".

"Biz hüquqşünaslar illərlə oxuyuruq, təcrübə toplayırıq, imtahanlar veririk, amma hansısa kənar adam özünü hüquqşünas adlandırır və vətəndaşlara pullu yardım göstərməyə başlayır. Bizim bütün üzvlərimiz böyük təcrübələri olan peşəkarlardır. Məhkəmədə təmsilçiliyi yalnız vəkillər həyata keçirə bilərlər. Qonşu Türkiyədə bu sahədə tam inhisarçılıqdır. Orada hətta məsləhəti yalnız vəkil verə bilər" - deyə Kollegiyanın sədri bəyan edib.

Müsahibimiz qeyd edib ki, Kollegiyanın üzvü olmayan, lakin pullu hüquqi yardım göstərən şəxslərlə bağlı çoxlu şikayətlər daxil olub: "Lakin onları heç bir məsuliyyətə cəlb edə bilməyiblər. Hazırda isə, əgər vəkil qanunu pozsa və ondan şikayət gəlsə, Vəkillər Kollegiyasında onun məsuliyyətə cəlb oluması, hətta zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi məsələsinə baxacaqlar və bu ziyanın ödənilməsi üçün xüsusi fond da var".

Diqqətə çatdıraq ki, hazırda Azərbaycanda 1500-dən artıq vəkil fəaliyyət göstərir. 2019-cu ildə ölkədə vəkillərin sayı 2 minə çatacaq.

9250
Teqlər:
hüquq, müdafiə, məhkəmə, Anar Bağırov, Vəkillər Kollegiyası, vəkil
Əlaqədar
Vəkillər Kollegiyasının sədri qalmaqallı xəbərlərə aydınlıq gətirdi
Vəkillik fəaliyyəti qaydaları dəyişdi

İcra başçısının müavinini maşın vurdu

10
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

10

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

436
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

436
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0