Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim

Xidmət müddəti başa çatmış hərbi qulluqçuların bir hissəsi ehtiyata buraxılıb

176
(Yenilənib 12:00 02.01.2019)
Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim keçirilib

BAKI, 2 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
© AR Ministry of Defense
Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cəbhəboyu zonada yerləşən "N" saylı hərbi hissədə xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı təntənəli mərasim keçirilib.

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası və Dövlət bayrağının mərasimə gətirilməsi ilə başlayıb. Sonra xidmət müddəti başa çatmış hərbi qulluqçular döyüş növbətçiliyini qəbul edən gənc əsgər yoldaşlarına rəmzi olaraq silah, zirehli jilet və dəbilqələri təqdim ediblər. Gənc əsgərlər uğurla, Vətənə şərəflə xidmət edəcəklərinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.

  • Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    © AR Ministry of Defense
  • Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    © AR Ministry of Defense
  • Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    © AR Ministry of Defense
  • Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim
    © AR Ministry of Defense
1 / 4
© AR Ministry of Defense
Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim

Tədbirdə Müdafiə Nazirliyi rəhbərliyinin və birlik komandirinin ehtiyata buraxılan şəxsi heyətə təbriki çatdırılılıb. Təntənəli mərasim xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçuların mükafatlandırılması, bayram naharı və konsert proqramı ilə başa çatıb.

176
Teqlər:
Müdafiə Nazirliyi, xidmət, ehtiyat, hərbi qulluqçu
Əlaqədar
Ermənilərə satılan hərbi qulluqçular və mülki şəxslər həbs edilib
Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub
Cəbhədə atəş açıldı, ordumuzun hərbi qulluqçusu yaralandı
Böyük təxribatın qarşısı alındı: düşmənin 6 hərbi qulluqçusu məhv edilib
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

1
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1
Bakıda avtobus, arxiv şəkli

BNA Bakıda ekspres avtobuslarının gecikmə səbəbini açıqladı

5
Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb

BAKI, 20 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir: "Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".

5
Teqlər:
avtobus, BNA, tıxac, Bakı