CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro gecə saat 2-yə kimi açıq olacaq

© Sputnik / Anar MustafayevSahil stansiyası
Sahil stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub

BAKI, 31 dekabr – Sputnik. Bayramla əlaqədar bu gün “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub. Bundan savayı, paytaxtda keçirilən kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, bu gecə saat 2-yə qədər metroya giriş açıq olacaq.

Xəbər lenti
0