Soyuq hava şəraiti

Soyuq hava infarkt riskini artırır

119
(Yenilənib 18:58 13.12.2018)
Ürək xəstələrinə həkimdən ciddi xəbərdarlıq

BAKI, 13 dekabr — Sputnik. Havaların soyuması ürək çatışmazlığı, xroniki ürək xəstəliyindən əziyyət çəkənlər, o cümlədən də infarkt xəstələri üçün ciddi riskdir.

Qəbələdə qar
© Sputnik / Ilham Ahmadov

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkim Nuket Yoldaş ürək xəstəliklərindən əziyyət çəkən şəxsləri xəbərdar edib. O, bildirib ki, belə hava şəraiti virusa yoluxma ehtimalını artırır. Bu da nəticə etibarı ilə ürəyi xəstə insanların səhhətində gərginlik yarada bilər.

"O səbəbdən məsləhət görürəm ki, müxtəlif ürək xəstəliklərindən əziyyət çəkən şəxslər belə havalarda evdə otursunlar. Bu şəxslərə havada çox zaman keçirtmək olmaz. Həmçinin müxtəlif viruslardan qorunmaq üçün tədbirli olmalıdırlar. Qalın üst geyimi, papaq, şərf və əlcək geymək məsləhətlidir" – deyə həkim bildirib.

N.Yoldaş, həmçinin soyuq hava ilə əlaqədar olaraq bir çoxlarının alkoqollu içkilərə üstünlük verdiyini, əslində bunun da ürək xəstələri üçün ciddi risk olduğunu deyib.

119