CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt poliqonu - real təhlükə: almanlar gənclər şəhərini xilas edə biləcəkmi?

© Sputnik / Murad OrujovСимвол города Сумгайыт
Символ города Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt Şəhər İcra Hakimiyyəti məişət tullantılarının emalı zavodunun tikintisi üçün dövlətin vəsait ayırmasını gözləyir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. "Sumqayıtda zibilin təkrar emalı üçün zavodun tikintisinə son dərəcə ehtiyac var. Məişət tullantıları poliqonu, tamamilə, dolub və ətraf mühitin çirklənməsi təhlükəsini yaradır". Bunu Sputnik Azərbaycan-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev deyib.

Gündüz Əliyevin sözlərinə görə, məişət tullantıları sənaye şəhərinə problem yaradır. Sovet İttifaqı dağılan və ölkə müstəqillik qazanan zaman "gənclər şəhəri" adlandırılan Sumqayıtda 180-200 min əhali yaşayırdı. Hazırda isə urbanizasiya, qaçqın və məcburi köçkünlərin şəhərə yerləşməsi nəticəsində əhali 500 min nəfərə çatıb.

Zibil qabları - Sputnik Azərbaycan
Məşhur qadın yeni doğulan uşağını zibil qutusuna atıb - FOTO

"Zibillərin utilizasiyası zavodunun tikilməsinə son dərəcə ehtiyac var. Əgər bizdə elə zavod olsa, adamlar zibili çeşidlərə ayırmağı öyrənər" - Əliyev deyib.

Qeyd edək ki, 2007-ci ildə Sumqayıta alman mütəxəssislər gəliblər və şəhər sakinlərinə məişət tullantılarını çeşidləməyi öyrətməyə cəhd ediblər. Bunun üçün xüsusi layihə həyata keçirilib. Şəhərin küçələrinə müxtəlif növ tullantıları ayırmaq üçün bölmələri olan zibil qabları qoyublar. Amma niyyət baş tutmayıb. Şəhər sakinləri hələ də zibillərin hamısını eyni yerə atmağa davam edirlər. Səbəb isə odur ki, şəhərdə zibil emalı zavodu mövcud deyil və belədə zibilləri ayrı yığmağın da mənası yoxdur.

Amma Sumqayıt Şəhər İcra Hakimiyyəti bu ideyadan əl çəkməyib və qabaqcıl şəhərlərin təcrübəsinə istinad edərək zibilləri ayırmaqda israr edirlər.

"Biz kompast prinsipindən istifadə edirik. Bitki və ya heyvan mənşəli orqanik tullantılardan kompost prinsipi (mikroorqanizmlərin təsiri altında bitki və heyvan mənşəli tullantıları çürüdərək ondan üzvi gübrənin alınması - red.) vasitəsilə üzvi gübrənin alınmasında istifadə edirik. Şəhər bazarlarında toplanmış bitki və qida mənşəli orqanik tullantılar bu səbəbdən ümumi poliqona atılmır, üzvü gübrənin alınmasında istifadə edilir. Bu da poliqonun yükünü bir qədər azaldır. Daha sonra biz əldə olunan məhsuldan şəhərin yaşıllaşdırılmasında istifadə edirik, yəni tullantıları üzvi gübrə şəklində təbiətə qaytarırıq. Tezliklə əldə olunan gübrəni yerbəyer etməyi və ondan geniş istifadəni nəzərdə tuturuq" - Əliyev deyib.

Полицейские машины в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Avtoritetin əli: Bakıda zibil qutusunda bədən hissələri tapılan şəxs kimdir?

O, həmçinin qeyd edib ki, poliqonun dolub-daşmasının bir səbəbi də bura tullantıların təkcə Sumqayıtdan gətirilməməsidir. Bura, həmçinin Abşeronun və Qaradağın yaxınlıqdakı yaşayış məntəqələrindən də zibil daşınır. Sumqayıt ətrafındakı yaşayış məntəqələrinin də zibili bura gətirilir. Ona görə də bu şəhərə mütləq zibilin təkrar emalı zavodu lazımdır.

Bununla əlaqədar olaraq Sumqayıt şəhər İH tərəfindən alman və çin həmkarlarla danışıqlar aparılıb. Alman mütəxəssislər məişət tullantılarının təkrar emalı üçün zavodun layihəsini hazırlayırlar.

"Bu məsələ artıq dövlət səviyyəsində qaldırılıb və biz pulun ayrılmasını gözləyirik. Yalnız zavod tikiləndən sonra zibili çeşidləməkdən danışmaq olar. Hazırda isə bunun bir mənası yoxdur" - deyə şöbə müdiri vurğulayıb.

Xəbər lenti
0