Пограничники Казахстана, граница, Каспий

Xəzər dənizində Azərbaycan balıqçılarına atəş açılıb, 1 nəfər yaralanıb

4986
Silahlı insident zamanı 1 nəfər Azərbaycan vətəndaşı yaralanıb

BAKI, 29 dekabr - Sputnik. Qazaxıstanın sahil mühafizə xidmətinin əməkdaşları qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin gəmisini saxlamaq üçün atəş açıblar.

Bu barədə Sputnik Qazaxıstan bu ölkənin Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Hadisə Xəzər dənizinin Qazaxıstana aid hissəsində dekabrın 28-də gecə saatlarında baş verib. Gəmidə 4 nəfər Azərbaycan vətəndaşı olub. Atəş açıldıqdan sonra saxlanılan gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, 10 qutu brakonyer qarmaq ipləri, peyk rabitəsi və naviqasiya vasitələri aşkar edilib. Atəş nəticəsində brakonyerlərdən biri yaralanıb. Ona tibbi yardım göstərilib. 

Qazaxıstanın dövlət sərhədini qəsdən qanunsuz keçmə faktı üzrə cinayət işi açılıb.

4986
Teqlər:
brakonyer, Qazaxıstan, yaralanma, Atışma