Bakı-Gəncə-Bakı sürət qatarı Gəncəyə çatıb

Cavid Qurbanov: “Bu qatarla Xankəndinə qədər gedəcəyik”

517
Qurbanov sürət qatarının ilk olaraq Gəncəyə gəlməsini böyük hadisə adlandırıb

BAKI, 29 dekabr - Sputnik. Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu ADY rəhbəri Cavid Qurbanov Bakı-Gəncə sürət qatarının hərəkətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

C.Qurbanov sürət qatarının ilk olaraq Gəncəyə gəlməsini böyük hadisə adlandırıb: "Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik".

O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirə toplaşanları təbrik edib: "Arzu edirəm ki, biz bu qatarla cənab prezidentin başçılığı ilə Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək. Biz Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".

Bakı-Gəncə-Bakı sürət qatarı Gəncəyə çatıb
© Sputnik / Irade JELIL
Bakı-Gəncə-Bakı sürət qatarı Gəncəyə çatıb
517