Bakı-Gəncə-Bakı sürət qatarının ilk sərnişinləri

Cavid Qurbanov yeni sürət qatarındakı qiymətlərdən danışdı

596
QSC sədri: "Bakı-Gəncə sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır"

BAKI, 29 dekabr - Sputnik. "Artıq Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov deyib. 

Qurum rəhbəri bildirib ki, sürət qatarında xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Biznes-klass yerlər var. Bunlar bir qədər bahalıdır, belə də olmalıdır. İnsanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-Fi sistemi təkmilləşdiriləcək". 

O, qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb. 

596
Teqlər:
Azərbaycan Dəmir Yolları, Cavid Qurbanov, sürət qatarı, qatar
Əlaqədar
Cavid Qurbanov: “Bu qatarla Xankəndinə qədər gedəcəyik”
Bakı-Gəncə-Bakı sürət qatarı yola çıxır
Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilib