Stəkanda süd

Dünyanın ən bahalı südü Kiloqramı 4-7 min manata satılır

511
(Yenilənib 20:02 27.12.2018)
2 ay müddətində hər gün ac qarına 10-12 qram qəbul etməklə şəfa taparsınız

BAKI, 27 dekabr — Sputnik. Arı südü dünyanın ən bahalı südü hesab edilir. Kiloqramı təxminən 4-7 min manata satılan arı südünün istehsal rəqəmləri də o qədər yüksək deyil.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Türkiyədə hər il cəmi 50 kiloya yaxın arı südü istehsal olunur. Xərçəng və bu kimi bir sıra dəhşətli xəstəliklərin müalicəsi üçün arı südü tövsiyə edilir.

Mütəxəssislərin sözlərinə görə, arı südü həm də yuxu problemi olan şəxslər üçün faydalıdır. Bundan başqa arı südü dayanıqlılığı artırır, ürəyi daha da sağlamlaşdırır.

Artıq çəkidən azad olmaq, dəri problemlərinin arada qaldırılması və saç tökülmısinin qarşısının alınması üçün arı südündən istifadə tövsiyə olunur.

Həkimlər tövsiyə edir ki, 2 ay müddətində hər gün ac qarına 10-12 qram arı südü qəbul etmək lazımdır.

511