Yenilənmiş ət satışı məntəqəsi

Bakıda yenilənmiş ət satışı məntəqəsi işə başladı

161
(Yenilənib 18:25 27.12.2018)
Bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb

BAKI, 28 dekabr — Sputnik. "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir.

Yenilənmiş ət satışı məntəqəsi
© AQTA-nın mətuat xidməti
Yenilənmiş ət satışı məntəqəsi

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb. 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir. Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.

Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.

Yenilənmiş ət satışı məntəqəsi
© AQTA-nın mətuat xidməti
Yenilənmiş ət satışı məntəqəsi

Qida Təhlükəsizliyi Agentliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə prosesə sahibkarları da cəlb etməklə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinin təmin edilməsini davam etdirəcək. Odur ki, Agentlik ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir.

161
Əlaqədar
Ət kəsimi məntəqələri bağlanır, reydlər başladı