CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident vacib dövlət proqramını təsdiq etdi

Abunə olmaq
Maliyyə Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etməlidir

BAKI, 27 dekabr — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Təzə Pir məscidi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident QMİ-yə 4 milyon ayırdı

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla  “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Nazirlər Kabinetinə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etməlidir.

Xəbər lenti
0