Televiziya

Azərbaycanda televiziya kanalının lisenziyası ləğv edildi

334
(Yenilənib 17:15 27.12.2018)
Lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib

BAKI, 27 dekabr — Sputnik. Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilən 4 mart 2014-cü il tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilən 27 dekabr 2017-ci il tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

334