Maştağa qəsəbəsində yerləşən Ehtiyacın yoxdursa, gətir, ehtiyacın varsa, apar mağazası

Bakıda möhtəşəm xeyriyyəçilik aksiyası: Ehtiyacın varsa, apar

18102
(Yenilənib 16:19 26.12.2018)
Mağaza həftə içi hər gün saat 13.00-dən 15.00-ə qədər işləyir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. "Ehtiyacın yoxdursa, gətir, ehtiyacın varsa, apar". Paytaxtın qəsəbələrində bu şüarla fəaliyyət göstərən bir neçə mağaza var. Həmin mağazalar könüllü şəxslərin yardımları ilə fəaliyyət göstərir.

İmkanlı, ehtiyacı olmayan şəxslər təzə və ya az istifadə olunmuş geyimləri, aksesuarları, xırda əşyaları mağazaya təhvil verirlər. Nəticədə ehtiyacı olan insanlar həmin yardımlardan yararlanırlar.

Mağazanı işlədən Vəfa Rzayeva
© Sputnik / Irade CELIL
Mağazanı işlədən Vəfa Rzayeva

Belə mağazalardan biri də Maştağa qəsəbəsində yerləşir. Qəsəbə sakinlərinin sözlərinə görə, mağaza açılandan bəri bir çox imkansız ailəyə yardımlar edilib. Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən məkana yollanaraq mağazanı işlədən Vəfa Rzayeva ilə həmsöhbət olub.

2014-cü ildən Maştağa qəsəbəsində yaşayan Vəfa xanımın bu mağazanı açmaqda məqsədi yaşadığı kəndin kasıb əhalisinə müəyyən qədər əl tutmaq olub: "Belə mağazaların müxtəlif qəsəbələrdə açılması barədə xəbərdar idim. Maştağada imkansız şəxslərin çox olduğunu nəzərə alıb, mən də belə bir mağaza açmağa qərar verdim. Və ötən ilin fevral ayından mağazamızı açdıq".

V.Rzayeva bildirir ki, mağazada hər şey təmənnasız olduğu üçün müraciət edənlər həddindən artıq çoxdur: "Ancaq çalışıb araşdırıram ki, tam ehtiyacı olan ailələrə geyimlər verilsin. Çünki bizə gətirilən geyimlər yalnız kasıb ailələrə vermək üçün ehsan olunur".

Mağaza üçün aylıq 150 manat kirayə haqı ödəyən Vəfa xanım sözlərinə görə, əvvəllər mağazanın kirayə haqqı da baha imiş. Ancaq mağaza sahibi Vəfa xanımın xeyriyyəçiliklə məşğul olmasından xəbərdar olandan sonra kirayə haqqını azaldıb.

V.Rzayeva deyir ki, bəzən mağazaya ehtiyacı olmayan şəxslər də müraciət edirlər: "Bəzən elə düşünürlər ki, əgər bu geyimlər təmənnasız verilirsə, hər kəs götürə bilər. Bəzən buna görə, mənimlə mübahisə də edirlər. Deyirlər ki, "onsuz da pulsuz verməlisən, borcundur". Amma bu, mənim borcum deyil. Çünki məqsəd yalnız kasıblara kömək etməkdir. Bu işdə mənə yardım edən dostlarımın da haqqı var. Və mən bu haqqı tapdaya bilmərəm".

  • Mağazanı işlədən Vəfa Rzayeva
    Mağazanı işlədən Vəfa Rzayeva
    © Sputnik / Irade CELIL
  • Maştağa qəsəbəsində yerləşən Ehtiyacın yoxdursa, gətir, ehtiyacın varsa, apar mağazası
    Maştağa qəsəbəsində yerləşən "Ehtiyacın yoxdursa, gətir, ehtiyacın varsa, apar" mağazası

1 / 10
© Sputnik / Irade CELIL
Mağazanı işlədən Vəfa Rzayeva

Həmsöhbətimizin sözlərinə görə, mağazada təkcə geyim deyil, dərman və qida məhsulları da verilir: "İmkansız, geyimə, qidaya, dərmana ehtiyacı olan ailələr məni "Facebook" vasitəsilə tapır. Mən də onların vəziyyəti ilə maraqlanıram. Həqiqətən də ehtiyacı olanlardan yardımlarımızı əsirgəmirik. Gün ərzində 10-15 imkansız ailə mənimlə əlaqə saxlayır. Mən də bacardığımı edirəm".

Kasıblara yardım etmək istəyi Vəfa xanımın arzusu olub. Dediyinə görə, əvvəllər kimsəsiz uşaq götürüb saxlamaq istəyirmiş. Sonradan bu istəyini kasıb ailələrə yardım etməklə əvəzləyib.

"Ehtiyacın yoxdur, gətir, ehtiyacın varsa, apar" mağazasında başqa işçi yoxdur. Vəfa Rzayeva özü hər gün mağazada olur, imkansız ailələrə yardım edir. Bununla bağlı mağazanın qapısına elan da vurulub.

Deyir ki, mağazaya daha çox Nardaran, Maştağa, Buzovna, Zabratdan olan kasıb ailələr müraciət edir: "Qapının üzərinə telefon nömrəmi də yazıb vurmuşam ki, ehtiyacı olanlar mənimlə əlaqə saxlayıb gələ bilsinlər. Düzdür, mən bu işə çox zaman ayıra bilmirəm, amma çalışıram ki, heç olmasa, gün ərzində 1-2 saat burada olum. İnsanları sevindirəndə edilən alqış və dualar məni işləməyə həvəsləndirir".

"Mağazaya xeyirxah insanlar yeni geyimlər də gətirirlər. Həmçinin, xəstə uşaqların müalicəsi üçün yardımlar toplayır, kömək edirik. Hazırda sosial şəbəkə ən önəmli məkandır. Xəstə insanlara yazılmış reseptləri, ehtiyaclı insanların müraciətini paylaşaraq, onlara yardım etməyə çalışırıq. Onu da deyim ki, mən xeyriyyəçi deyiləm, mən xeyriyyə işlərinə vasitəçiyəm" – deyə Vəfa xanım vurğulayır.

Mağazada olduğumuz müddətdə bir neçə kənd sakini geyim üçün müraciət etdi. Onlar ölçülərinə uyğun geyimləri təmənnasız şəkildə alıb getdilər.

Qeyd edək ki, mağaza həftə içi hər gün saat 13.00-dən 15.00-ə qədər işləyir.

18102
Teqlər:
ərzaq, geyim, Maştağa, qəsəbə, mağaza, ehtiyac
Əlaqədar
Bakıda xeyriyyə tədbiri keçirilib
İnsanlıq örnəyi: Xeyriyyəçiliklə məşğul olaq, yoxsa olmayaq
Heydər Əliyevin anım günü ilə bağlı böyük xeyriyyətçilik aksiyası
Azərbaycanda böyük xeyriyyəçilik: Sahibkar sərvətini pulsuz paylayır