Bakı Nəqliyyat Agentliyi

Rəsmi qurum bayram günləri ilə bağlı açıqlama verib

22
(Yenilənib 20:09 26.12.2018)
BNA: Bayram günlərində avtobusların fəaliyyəti sərnişinlərin tələbatına uyğun tənzimlənəcək

BAKI, 26 dekabr - Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tətil günlərində müntəzəm marşrut xətlərinin fəaliyyətini tənzimləmək məqsədi ilə iş qrafiki hazırlayıb.

Bu barədə “Report”a qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, adi günlərlə müqayisədə bayram günlərində şəhər əhalisinin əksəriyyəti rayonlara üz tutduğundan sərnişin tələbatı az olur: “Eyni zamanda bildirmək istərdim ki, dekabrın 31-dən 1-nə keçən gecə paytaxtın inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin tələbatına uyğun tənzimlənəcək. Bununla bağlı daşıyıcılara tapşırıqlar verilib. Həmçinin tapşırılıb ki, sərnişin axını çox olacağı təqdirdə, xətlərə əlavə nəqliyyat vasitələri çıxarılsın”.

22