Bakı Nəqliyyat Agentliyi

İki marşrut üzrə xəttə yeni avtobuslar buraxılacaq

454
(Yenilənib 16:22 24.12.2018)
26 dekabr tarixindən 81 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək

BAKI, 24 dekabr — Sputnik. 26 dekabr tarixindən 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən marşrut xəttinin istismarını həyata keçirən əvvəlki daşıyıcının fəaliyyəti tələblərə uyğun qurulmadığı üçün onunla bağlanan müqaviləyə xitam verilib.

"Belə ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki baxımdan nasaz olması, sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyinə bununla bağlı sərnişinlərdən şikayətlər daxil olurdu. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcı fəaliyyətində müsbətə doğru hər hansı bir addım atmayıb. Qeyd edilən hallar nəzərə alınaraq xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi "General avto kompani" firmasına həvalə edilib" - BNA-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir.

26 dekabr tarixindən 81 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.

 

454
Əlaqədar
Paytaxtda 500-ə yaxın sərnişin avtobusun hərəkət xəttinə dəyişiklik edilib
Məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Artıq sərnişinləri sürücüsüz avtobuslar daşıyacaq